» » Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Lənkəranda rəsm sərgisi açılıb

Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Lənkəranda rəsm sərgisi açılıb

Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə məktəbin 30 gənc rəssamının müxtəlif janrlarda işlənmiş əl işləri nümayiş etdirilir. Şagirdlərin əl işləri əsasən rəngkarlıq, qrafika nümunələrindən ibarətdir.
Məktəblilər çəkdikləri rəsmlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətləri, həmçinin gələcəklə bağlı arzularını təsvir ediblər. Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz də sərgidə nümayiş etdirilən rəsmlərdə əksini tapıb.

Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Lənkəranda rəsm sərgisi açılıb

Mənbə: http://azertag.az/xeber/Azerbaycanin_musteqilliyinin_berpasinin_25_ci_ildonumu_munasibetile_Lenkeranda_resm_sergisi_achilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz