» » Su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb

Su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb

Müəllif: Dəyanət от 13-12-2016, 00:25
Su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən AZƏRTAC-a bildirilib ki, Tarif (qiymət) Şurasının "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 13 may 2016-cı il tarixli Qərarı ilə "Azəristiliktəchizat” ASC üzrə 1 kubmetr su təchizatına görə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,35 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,30 manat, tullantı sularının axıdılması xidmətinə görə isə 0,15 manat təsdiq edilib.
Şuranın noyabrın 28-də keçirilən iclasında müvafiq qərara dəyişiklik olunub, "Azəristiliktəchizat” ASC-nin "Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib. Belə ki, adıçəkilən bu iki subyekt arasında 1 kubmetr su təchizatı və tullantı sularının axıdılması tarifləri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat (0,35 manat + 0,15 manat), digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat (0,30 manat + 0,15 manat) olmaqla dəyişdirilməyib, birləşdirilərək əvvəlki səviyyədə saxlanılıb.

Su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb

Mənbə: http://azertag.az/xeber/Su_techizati_ve_tullanti_sularinin_axidilmasi_tarifleri_artirilmayib-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz