Dahilərin həyatından - A.. Bakıxanov
Müəllif: Akif Əhmədov от 26-10-2016, 01:56
Abbasqulu ağa Bakıxanov—tarixçi, şair, maarifçi. 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edib, general-mayor rütbəsinədək yüksəlib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. "Qüdsi" təxəllüsü ilə şeirlər yazıb. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən "Vadiyi-Fatimə" adlanan yerdə vəba xəstəliyinə tutularaq vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.
*** Rəvayətə görə I Nikolay Abbasqulu ağa Bakıxanovu Peterburqda bir ziyafətə dəvət edir. Ziyafətdə çarın xanımı, digər məçhur adamlar da iştirak edirdilər. Çara bildirirlər ki, Qafqazdan olan qonaq içki içmir və ömründə dilinə də dəyməyib. Nikolayın arvadı təkəbbürlü xanım imiş və deyir ki, ola bilməz mənim dəvətimi qəbul etməsin. Mən indi Abbasqulu ağaya ömründə ilk dəfə araq içirərəm. Çariça büllur qədəhə şərab tökdürüb özü şəxsən Abbasqulu ağaya təklif edir. Bvu, çox böyük ehtiram idi. Odur ki, Abbasqulu ağa padnosdan qədəhi götürür, I Nikolaya üzünü tutaraq təzim edir və deyir:
- Ey mənim həşəmətli hökmdarım, siz məni içki içməyə buyurursunuz, amma Allahım deyir ki, içmə. Hansınızın sözünə baxım?
I Nikolay çox dindar olmuşdur. Allahın adını eşidən kimi deyir:
-Əlbəttə, Allahının!
*** Yenə bir məlumatda deyilir ki, Bakıxanov məhərrəm ayında Məkkəyə gedirmiş. Həmin yolda İranın vəliəhdi də böyük təntənə ilə Məkkəyə gedirmiş. Aşura günündə onlar Məkkəyə bir xeyli yol qalmış qarşılamalı olurlar.Hərə özünə bir çadır qurdurubmuş, o cümlədən vəliəhd də. Onun çadırıa bir lövhə asılmışdı və üstündə də belə yazılmışdı:
Abbasqulu ağa təsadüfən burdan keçirmiş və yazını görüb altında yazır:
-cəng olan saət qaçardı,
Qoyardi-sərvətü-dini aradə!
Bunu vəliəhdə xəbər verirlər. Vəliəhd qəzəblənir və həmən dəqiqə də Şairi tutub Vəliəhdin yanına aparırlar. Vəliəhd çox qəzəblənir və adamlarına əmr edir ki, bunu asın. Abbasqulu ağa vəliəhddən xahiş edir ki, ona namaz qılmağa icazə versin. Vəliəhd namaz xatirinə razılıq verir. Abbasqulu ağa namazını qılır və sonra çar generalı paltarını geyinib vələhdin hüzuruna yollanır. Vəliəhd şairi general paltarında görüb onun ayaqlarına yıxılır ki, məni balalrının başına çevir.
Bakıxanov onu ayağa qaldırıb deyir ki, sənin günahından keçirəm. Amma heç vaxt qəzəblə iş görməyin. Yoxsa mənim uşaqlarımı yetim qoya bilərdiniz...
*** Bakıxanov İran səyahətində ərdəbil şəhərində dayanmalı olur. Fürsətdən istifadə edib çox mötəbər bir din məclisinə gedir. Abbasqulu ağa məclisə o vaxt daxil olur ki, axınd üzünü toplaşanlara tutub deyirmiş:
- Indi mən sizə istər bu dünyada, istərsə də cənnətdə əbədi yaşayacaq Abbasqulu bəyin şərqilərini oxuyacağam.
Axund şairin şeirlərindən birini oxuyur.Şeir hamının xoşuna gəlir, yenisini oxumağı xahiş edirlər. Bu zaman Bakıxanov ağlayır. Axund deyir ki, ey səyyah , gəl bizimlə şadlıq badəsi iş. Məclis bu gözəl şeirlərdən çuşa gəlirsə, sən niyə ağlayırsan?
Bakıxanov deyir ki, Mənim adım Abbasquludur, həmin çar generalı mənəm və bakılı Mirzə Məhəmməd xanın oğluyam. Mən təsirlənib ağlayıram. Bunu eşidən məclis əhli onu alqışlarla qarşılayır. Şair Ərdəbildə bir neçə gün də artıq qalmalı olur.

Bu sərbazü əsas şahzadə,
Olaydı kaş o dəmdə Kərbəladə!

Oxşar postlar:
- Oxunub: 2 643
- Şərhlər: 1
- Bölmə: Sərbəst səhifə / Maraqlı məlumatlar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Ən çox oxunanlar
Yazarlar