» » Yüksək maaş alanlar Fransanı tərk edirlər

Yüksək maaş alanlar Fransanı tərk edirlər

Fransada yüksək maaş alanlar ölkəni tərk edirlər. Ölkə parlamentinin maliyyə komitəsinin yeni hesabatında bu məsələ xüsusilə vurğulanır.
AZƏRTAC "vergilər.az” saytına istinadla bildirir ki, araşdırmanın gedişində 4 mindən artıq ev təsərrüfatında sorğu aparılıb. Bu tendensiya illik gəliri sabit şəkildə 100 min avrodan artıq olan ailələr arasında 2007-ci ildən yaranıb. 2013-2014-cü illərdə ölkədən illik gəliri 300 min avrodan yüksək olan 1200 ailə köçüb. Bundan əlavə, hər il 700 min avrodan artıq pul qazanan 130 vətəndaş da öz ölkəsi ilə vidalaşıb.
Ekspertlər hesab edirlər ki, "milyoner axınının” səbəblərindən biri ölkədə tətbiq olunan zənginlik vergisidir. İşgüzar dairələrin təkidi ilə zənginlik vergisinin dərəcəsi 75 faizdən 50 faizə endirilib.
Lakin varlı fransızların öz ölkələrini tərk etmələri üçün vergi yeganə səbəb deyil. Rəyi soruşulanlardan bəziləri ölkədən köçməyi ailə vəziyyəti, yeni iş tapmaq kimi şərtlərlə əlaqələndiriblər. Əksəriyyəti isə deyib ki, bu qərarın qəbul edilməsinə zənginlik vergisinin yüksək olması təkan verib. Fransa emiqrantlarının daha çox üz tutduqları ölkələr isə Belçika, İsveçrə, Böyük Britaniya və ABŞ-dır.

Yüksək maaş alanlar Fransanı tərk edirlər

Mənbə: http://azertag.az/xeber/Yuksek_maas_alanlar_Fransani_terk_edirler-1017903

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz