» » ABŞ vətəndaşlarının bütün dünyadakı gəlirlərinə vergi dərəcələri tətbiq edilir

ABŞ vətəndaşlarının bütün dünyadakı gəlirlərinə vergi dərəcələri tətbiq edilir

Müəllif: Anaveusaq.az от 1-12-2016, 00:39

ABŞ-da rezident statusu daşıyan şəxslərin mühüm imtiyazları olmaqla yanaşı, onların həm də sadə olmayan vergi öhdəlikləri var. Məsələn, ABŞ vətəndaşlığı üçün vergi rezidentliyi hüququ verilir. Lakin burada vergi tutulması dünyanın əksər ölkələrinin ölçüləri ilə götürüldükdə, kifayət qədər sərt hesab edilir.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, ABŞ vətəndaşlarından vergi tutulması Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllədə yalnız ölkənin bütün vətəndaşlarının statusu deyil, həm də daimi rezidentlərinin – "green card” sahiblərinin statusu müəyyənləşdirilir. ABŞ vətəndaşları hətta uzun müddət başqa ölkələrdə yaşayıb işləsələr belə, Amerikaya vergi ödəməyə borcludurlar. Belə ki, vətəndaşların bütün dünyadakı gəlirlərinə ABŞ vergi dərəcələri tətbiq edilir.
Bundan əlavə, vətəndaş olmayan, lakin uzun müddət bu ölkədə işləyən şəxslər də ABŞ-da rezident və ya vergi ödəyicisi statusuna aid edilir.
Bu mexanizmin tətbiqi üçün fasiləsiz olaraq 3 il müddətində ABŞ-da qalmaq kifayət edir.

ABŞ vətəndaşlarının bütün dünyadakı gəlirlərinə vergi dərəcələri tətbiq edilir

Mənbə: Azertag.az/xeber/ABS_vetendaslarinin_butun_dunyadaki_gelirlerine_vergi_dereceleri_tetbiq_edilir-949062

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz