» » Tapmaca vaxtı

Tapmaca vaxtı

Tapmaca vaxtı 

Babam oturub al çuxada,
Kim soyundursa, gözü çıxar.  
Açması.....

Tapmaca vaxtı

Bir atım var, minə bilmirəm,
Ağzın açsa, dinə bilmirəm. 
Açması.....

Tapmaca vaxtı

Heyva kimi sap sarı, 
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm, 
Ləzzətini görərəm.
Açması.....

Tapmaca vaxtı

Bir sehirli fanaram, 
Kibritsiz də yanaram.
Nə yerdə yox, nə göydə,
Havadan sallanaram. 
Açması.....

Tapmaca vaxtı

Dağda bir qab aş yumarladım, 
Dənəsi də yerə düşmədi.
Açması.....

Tapmaca vaxtı

Bədəni yerdə, 
Saqqalı göydə.
Açması.....

Tapmaca vaxtı

İpsiz iynə, 
deşiksiz muncuq, 
Allah düzər, 
adam üzər. 
Açması.....

Tapmaca vaxtı

Bir qapağı,
Min yarpağı. 
Açması.....

Tapmaca vaxtı

Quş deyil, qanadı var, 
Quşlardan yeyin uçar.
Açması.....

Tapmaca vaxtı

Aşmaz-uçmaz, 
Yerə düşsə,
Beli sınmaz.
Açması.....

Tapmaca vaxtı


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 57
  • Məqalələri: 870
^
Doğru cavablar:

Babam oturub al çuxada,
Kim soyundursa, gözü çıxar.
Açması..... soğan

Bir atım var, minə bilmirəm,
Ağzın açsa, dinə bilmirəm.
Açması.....sirr

Heyva kimi sap sarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.
Açması..... armud

Bir sehirli fanaram,
Kibritsiz də yanaram.
Nə yerdə yox, nə göydə,
Havadan sallanaram.
Açması.....elektrik lampası

Dağda bir qab aş yumarladım,
Dənəsi də yerə düşmədi.
Açması.....nar

Bədəni yerdə,
Saqqalı göydə.
Açması.....turp

İpsiz iynə,
deşiksiz muncuq,
Allah düzər,
adam üzər.
Açması.....üzüm

Bir qapağı,
Min yarpağı.
Açması.....kitab

Quş deyil, qanadı var,
Quşlardan yeyin uçar.
Açması.....təyyarə

Aşmaz-uçmaz,
Yerə düşsə,
Beli sınmaz.
Açması.....yarpaq

  • Нравится
  • 0