» » Valideynlər, övladlarınızın məntiqi düşüncəsinə bir baş vurun

Valideynlər, övladlarınızın məntiqi düşüncəsinə bir baş vurun

Valideynlər, övladlarınızın  məntiqi düşüncəsinə  bir baş vurun


1. Bir nəfərin yaşı bu il anadan olduğu ilin rəqəmlərinin cəmindən 17 vahid böyükdür. Onun neçə yaşı var?
2. Neft lampasının şüşəsinə yuxarıdan üfürdükdə lampa sönür. Aşağıdan üfürdükdə isə sönmür. Nə üçün?
3. Ola bilərmi ki, yağışlı havada başıaçıq yağışın altında dayasan, lakin islanmayasan?
4. Gopçu Səmədlə doğruçu Əhməd söhbət edir. Biri o birisinə deyir:”Avtomobil dağ yolu ilə yuxarı qalxdıqca şinləri boşalır. Bunu kim deyir?”

 


Valideynlər, övladlarınızın  məntiqi düşüncəsinə  bir baş vurun

5. Söz lotosu oyunu
Vaxt var idi ki, küçələrdən keçmək olmurdu.. Evlərdən, mağazalardan, çayxanalardan 35, 76, 55.... 67 sələri gəlirdi: loto oynayırdılar. Camaat hər gün içini-gücünü buraxıb loto oynamaq üçün çayxanalara, yeməkxanalara toplaşırdılar. Əlbəttə loto intellektual oyunlar sırasına daxil deyil. Bu oynda məntiq işlətmək, necə deyərlər, "baş sındırmaq” lazım gəlmir. Sadəcə, diqqətli olmalısan. Lakin loto tipli oyn da düzəldib, onu maraqlı etmək olar.
6X6 ölçüdə kvadrat götürb onu çiçik kvadratlara bölək. Bir neçə nəfər növbə ilə hərf deyir. Hər adam hərfləri kvadratın boş xanalarına yazır. Hansı hərf yazıldıqdan sonra söz əmələ gəlirsə, o hərfi yazmış oyunçu xal qazanır. 36 gedişdən sonra xanalar dolur, oyun qurtarır. Şaquli və üfiqi xanalarda olan sözlər hesablanır. Hər sözə xal verilir.

6 hərfli sözə ---- 20 xal

5 hərfli sözə ---- 10 xal

4 hərfli sözə ---- 5 xal

3 hərfli sözə ---- 2 xal

2 hərfli sözə ---- 0 xal

Xalı çox olan qalib hesab olunur.

Valideynlər, övladlarınızın  məntiqi düşüncəsinə  bir baş vurun

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz