» » Düşün...tap

Düşün...tap

Müəllif: Anaveusaq.az от 9-12-2016, 00:15

Düşün...tap 

Sual 1: Su dağda tez qaynayar, yoxsa aranda? Daha doğrusu, suyun qaynama tempreraturu dağda yüksəkdir, yoxsa aranda?

Sual 2: Aqil məktəbə piyada, məktəbdən evə avtobusla qayıdanda 1, 5 saat vaxt sərf edir. Həm məktəbə gedəndə , həm də məktəbdən evə avtobusla qayıdanda yola 30 dəqiqə vaxt sərf edir. Aqil evdən məktəbə, məktəbdən də evə piyada qayıtsa, yola nə qədər vaxt sərf edər?

Sual 3: Tədqiqatçı səyyah cansız səhranı 6 günə keçmişdir. Səyyah özü və hər yükdaşıyan özü ilə ancaq bir nəfər üçün 4 günlük yemək və su ehtiyatı götürə bilər. Bu keçid üçün səyyah özü ilə ən azı neçə yükdaşıyan götürməlidir?

Düşün...tap

Sual 4: Tərkibində 100 ədədi olan atalar sözləri, aforizmlər, zərb-məsəllər, müdrik kəlamlar yazın.

Sual 5: meşə kənarında olan kənddə hay-küy qopur. Uşağını halsız vəziyyətdə görən ana :
- Ayı, ayı, - deyə qışqırır.Baxın, yazıq uşağımı nə hala salıb?
- - Ay bacı, nə ayı, bu meşədə ayının kökü çoxdan kəsilib. Bəlkə uşağınızı it və ya çaqqal dişləyib?
- Əşi, nə it, nə çaqqal. 3 ayının meyidini yan-yana sərib gəlmişəm.
Kənd camaatı həyətə qaçıb uşağın babasından vəziyyəti soruşurlar. Qoca gələnlərə uşağı bu hala salanları göstərir. Onlar gğzləri yaşarmış halda həyəti tərk edirlər.
Deyin, uşaqları nə dişləyib bu hala salıb və gələnlərin gözləri niyə yaşarıbmış?
Düşün...tap

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Baş redaktor
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 5
  • Məqalələri: 581
^
1- ci cavab: Su dağda daha tez qaynayır. Dağda hava seyrəkdir, atmosfer təzyiqi aşağıdır. Dağda suyun qaynama tempreraturu aşağıdır.

2- ci cavab: Aqil evdən məktəbə piyada x saata, avtobusla y saata getsin. Məktəbdən evə olan yola da o qədər vaxt sərf etdiyini qəbul edək. Onda şərtə görə x+u= 1,5s; 2 y=0,5s. olar. Buradan y= 0,25, x=1,25 s alırıq. Aqil evdən məktəbə getdikdə, eləcə də yola 2x-2,5 saat sərf edər.

3- cü cavab: 2 yükdaşıyan kifayətdir. Birinci yükdaşıyan 1 gündən sonra, ikinci yükdaşıyan isə 2 gündən sonra özünə geri qayıtmaq üçün lazım olan yemək və su ehtiyatı götürüb geri qayıtmalıdır.
4- cü cavab: “Yüz ölç, bir biç”, “Yüz yeyənin olsun, bir deyənin olmasın”

5- ci cavab: Uşağı arı dişləyibmiş, gələnlərin gözləri gülməkdən yaşarmışdı.
  • Нравится
  • 1