» » Evdə təbii saç boyasının hazırlanması

Evdə təbii saç boyasının hazırlanması

Evdə təbii saç boyasının hazırlanması

Evdə təbii saç boyasının hazırlanması

Tərəvəzlərdən faydalanaraq saç boyanızı evdə özünüz hazırlamağa nə deyirsiniz?

Budur kimyəvi vasitələrdən istifadə etmədən hazırlaya biləcəyiniz təbii saç boyası. Bitkilərin saçı boyama xüsusiyyəti olduğunu söyləyən mütəxəssislər saç boyası reseptini təqdim edirlər.

Bu da təbii saç boyası resepti:
 

Evdə təbii saç boyasının hazırlanması

 

Vəsaitlər:

Badımcan qabığı
Çuğundur
Qırmızı kələm
Soğan qabığı
Çubuq darçın
Mixək
Qara bibər
Qoz qabığı (yaşıl)
Qoz yarpağı
Zeytun yağı
Su

Qeyd: Materialların miqdarını saçınızın uzunluğuna görə artırıb-azalda bilərsiniz.

Qoz yarpaqları boya buraxıcı, mixək də boyanı sabitləşdirici xüsusiyyətdədir. Zeytun yağı isə saça parlaqlıq verir və qulluq edir.

 

Evdə təbii saç boyasının hazırlanması

 

Necə hazırlanır:

Badımcan və soğan qabıqlarını, dilimlənmiş çuğunduru, qoz yarpaqlarını bir qazana qoyun. Sonra qoz qabıqlarını, darçını və mixəyi təmiz bir bezin içinə qoyaraq boxça kimi bağlayın, ucunu bağladığınız boxçanı da qazana qoyun. Bu bərk materialları ayırmalısınız, çünki, daha sonra qazandan çıxarıb qalan vəsaiti blenderdan keçirəcəksiniz.

Saça parlaqlıq verməsi üçün zeytun yağını əlavə edin. Sonuncu da suyu əlavə edin. Bu vəsaitlər yaxşıca yumşalana qədər təxminən 20-25 dəqiqəyə qədər qaynadın. Sonra boxçanı qazanın içindən çıxarıb qalan vəsaitləri blenderdən keçirin.

Qarışıq soyuduqdan sonra saçınıza bir fırça ilə tətbiq edin və saçınızı sintetik materialla bağlayın. Arada bir isti fen tutmanız, boyanın saçda qalıcılıq təsirini təmin edəcək. Boyanı saçınızda 2 saat gözlətdikdən sonra ilıq su və şampunla yuya bilərsiniz.

Bu qarışığın çox asan sürtülə bilməyən, qatı bir konsistensiyası var, ancaq buna əhəmiyyət vermədən bu saç boyasını sınaqdan keçirmənizi təklif edirik.
Bu boya saça tünd, canlı və təbii bir görünüş verəcəkdir.

Evdə təbii saç boyasının hazırlanması

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz