» » " Su günü"

" Su günü"


" Su günü"

"Su günü” (Поливальный понедельник) xristian dünyasının bir inancıdır. Pasxa bayramından sonrakı bazar ertəsi günü qeyd edilir. Qərbi Ukraynada Pasxa bayramından sonra bu ayini xüsusi təmtəraqla keçirirlər. Həmin gün Karpat ukraynalılarını təmsil edən gənclər sevdikləri qızlarla çaya gəlir, onları suya basır, üstünə su atır, suda yaxşıca isladırlar. Bu adət guya qızları daha da gözəlləşdirməyə, dərilərini daha da parlaq olmağa, yara varsa, sağaltmağa xidmət edir.

" Su günü"

Oğlanlar bəzən də qızları dəstə ilə meşəliyə, bulaqlı əraziyə, geniş sahəyə aparır, hərə öz qızının başını aşağı əyərək boynuna üç dəfə su tökürlər, adətləri üzrə xaç çəkərək qızları o ki var "çimizdirirlər”. Qızlar suya basılanda guya "qoturluqdan-keçəllikdən”, qadınlar isə müxtəlif "yara-ləkələrdən” azad olurlar. Suya çəkməni təkcə gənc oğlan və qızlar yox, yaşlı nəslin nümayəndələri də istifadə edirlər. Yaşlı nəslin nümayəndələri bu inancı adət xatirinə etsələr də, gənclər ona daha çox əyləncə kimi baxırlar.

" Su günü"

Karpatlarda "Su günü” və yaxud "su mərasimi” üç gün davam edir. Birinci gün oğlanlar qızları, ikinci gün qızlar oğlanları, üçüncü gün isə hamı bir-birini suya basır. Karpatlarda adətə görə gənclər bayram günü evlərə də gedir, qızları harda görsələr, hətta yataqda belə suya basırlar. Qızlar qaçıb yayınmaq istəsələr də, bunu ürəkdən etməzlər, sevdikləri oğlanlara sevgilərini islanmaqla bəyan edərlər. İnsanların bu ənənəsi - inancı hələ qədim bütpərəstlik dövründən mövcud idi. Xristianlıqdan qabaq dövründə bu bayram Baharın gəlişi və təbiətin oyanışı ilə müşayiət olunurdu. Qədim slavyanlar hesab edirdilər ki, su və od ecazkar və möcüzəli gücə malikdir ki, məhz su şər qüvvələri onların həyatından qovub çıxardacaq, şər qüvvələr odun atəşindən yayına bilməyəcəklər. Buna görə də bütpərəstlik bayramları zamanı insanları suda yumaq insandan mənfi enerji və çirki təmizləyən rəmz sayılırdı. Slavyanların arasında inanc da var idi ki, mərasim zamanı tıküləcək bu qədər su həm də torpağa düşəcək, torpaq yaşlanacaq, deməli, məhsul yaxşı olacaq.

" Su günü"

Bu mərasim ayin olmaqla yanaşı, gənclərin bir ünsiyyət vasitəsi idi. İstər oğlan, istərsə də qız bu cür islanmaqdan nəinki çəkinirdilər, əksinə, xoşları gəlirdi. Sevmək-sevilmək istəyənlər çox vaxt ortağını məhz bu bayramda tapırdılar. Bəzən oğlanlar suya ətir də vurdular ki, qızların daha xoşuna gəlsin. Qızlar da onlara pasxa yumurtaları hədiyyə edirdilər.
Bu mərasim Avropanın Çexiya,Polşa və başqa dövlətlərində də qeyd olunur.

" Su günü"

 

" Su günü"

 

" Su günü"

 

" Su günü"

 

" Su günü"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz