» » Yumurta ağı yanığa çarədir

Yumurta ağı yanığa çarədir


Yumurta ağı yanığa  çarədir

Yəqin razılaşarsınız ki, elə bir mətbəx fikirləşmək olmaz ki, istənilən vaxt soyuducusunda yumurta olmamış olsun. Çünki hələ qədimdən yumurta insan üçün ilk qida olmuşdur, qüvvətli, həm də asan və tez hazırlanan qida. Amma zaman-zaman insanlar yumurtanın insan üçün daha başqa faydalarını mənimsəməyə başladılar. Məsələn, sən demə, yumurtadan xalq təbabətində sınıqçılar müalicə vasitəsi kimi istifadə edirmişlər. Yumurtadan qədim insanlar sement və rəng kimi də istifadə ediblər ki, müasir inşaat materiallarından keyfiyyətli imiş. Qədim insanlar yumurtanın ağından yanılqlarda da bərpaedici və sağaldıçı kimi istifadə ediblər.

Yumurta ağı yanığa  çarədir

Məsələn, kiminsə əli qaynar su ilə yandıqda tez əlini soyuq su altına tutmuş (ağrılara baxmayaraq) və sonra 2-3 yumurtanı qıraraq yanan nahiyəyə sürtmüşdür.
Bu zaman yanmış ərazidəki dəri quruyur və yumurta ağı bir üst dəri kimi o hissəni örtür. Bir neçə saat əl yumurta ağına sürtülmüş halda qalır , günortadan sonra o, artıq heç bir ağrı hiss etmir. Ertəsi səhər yanıq nahiyəsində bir qırmızımtıl ləkə görünür. Əli yanmış adam əlində bu ləkələrin izi qalacağını düşünərək narahat olsa da, 10 gün sonra ondan heç bir əlamət qalmır, yanıq izi tamam yox olur və hətta dəri yenidən əvvəlki rənginə uyğunlaşmışdır.
Xalq təbabətində çox inanılmış bir vasitədir.

Yumurta ağı yanığa  çarədir


Yumurta ağı yanığa  çarədir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz