» » İnsan dırnaqlarının köməyi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür

İnsan dırnaqlarının köməyi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür

Müəllif: Samirə от 26-11-2016, 00:20
İnsan arzuları, xəyal və fikirləri ilə nə qədər möhtəşəmdirsə, anatomiyası baxımından da o qədər heyrətamiz və sirli bir varlıqdır. Məsələn:
Bir insandakı hüceyrələrin ümumi sayı 100 trilyondur.
Hər saniyə ölən hüceyrə sayı təxminən 50 milyondur:
yaradılan yeni hüceyrə sayı da təxminən 50 milyondur.
Ümumi eritrosit sayısı 25 trilyondur.
Ümumi leykosit sayısı 25-100 milyard arasındadır . Elə isə insanın digər əzaları haqqında məlumatları buraya əlavə etsək, bu ali varlığın, doğrudan da, təbiət kimi sirlərlə dolu olduğuna zərrə qədər də şübhə yerimiz qalmaz.
Bu gün mən dəyərli Ana və uşaq.az istifadəçilərinə dırnaqlar və onlarla bağlı maraqlı məqamları təqdim edəcəyəm.
Dırnaqların insan, xüsusən də qadınların həyatında böyük əhəmiyyəti var. Dırnaqlar qadın əllərinin gözəl görünməsini təmin etdiyi kimi, həm də sağlamlığımız barədə da məlumat verə bilir.
ABŞ-dah olan dermatoloq Tamar Lior uzun müşahidələrdən sonra bu qənaətə gəlmişdir ki, insan dırnaqlarının köməyi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür.
Məsələn:

İnsan dırnaqlarının köməyi ilə bəzi xəstəlikləri aşkarlamaq mümkündür

• Dırnaqlarda ağ rəng - Qara ciyərdə hepatit.
• Sarımtıl rəng - Ağciyərdə emfizema.
• Sarımtıl və azca qızartılı rəng - Diabet.
• Yarı ağ, yarı çəhrayı - Böyrək xəstəlikləri.
• Dırnaq diblərində qırmızı rəng - Ürək xəstəliyi.
• Solğun ağ rəng - Anemiya.
• Dırnaq altında görünən pərakəndə qırmızı xətlər - Dəri xəstəliyindən xəbər verir.

Ağ, zərif əllər gözəldir və bunlar xanımları daha cazibədar edir. Əgər cazibədar edirsə, deməli, dırnaqlarının üzərində sizin heç səhhətinizdəki problemdən nişan verən əlamət yoxdur.
Qoy həmişə belə olsun... Amma bunun üçün sağlamlığımızın qeydinə qalmalıyıq ki, dırnaqlarımız səhhətimizdəki problemi yox, adımızın özülündəki zərifliyi ifadə etsin.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz