» » "İlanın zəhləsi yarpızdan gedər..."

"İlanın zəhləsi yarpızdan gedər..."

Müəllif: Esmira m от 22-11-2016, 00:02

"İlanın zəhləsi yarpızdan gedər..."

Ana dilimiz mənəvi sərvətimizdir, milləti tanıdan başlıca keyfiyyətdir. Dilimizi göz bəbəyi kimi qorumalıyıq. Dilin keşiyində durmaq üçün onu sevmək gərəkdir. Dili qorumaq üçün gərək onun incəliklərinə bələd olasan, dediyin hər bir sözün fərqinə varasan. Hərdən bəziləri fikirləşirlər ki, dilimizdir də, danışırıq. Hətta bu fikirlərini nümunə gətirməklə təsdiq etməyə çalışırlar ki, dünyada bizim dilimizdən daha çox yayılmış dillər var. Ancaq bunu deyənlər ana dilimizin zənginliyini, rəngarəng çalarlara malik olduğunu, ən əsası doğmalığını dərk etmirlər. Dili sevmək ilk növbədə Vətəni, Ananı sevmək deməkdir.
Dil təfəkkürlə bağlı olan məsələdir. Əgər bir xalqın təfəkkürü zəngindirsə, deməli, onun dili də zəngindir. Dilimizin qüdrəti çox böyükdür. Bu, hələ bizim şifahi xalq ədəbiyyatımızda öz ifadəsini tapıb. Azərbaycan folkloru hədsiz zəngindir. Şifahi ədəbiyyatımızın səviyyəsi dilimizin zənginliyinə ən gözəl sübutdur.
Hər birimiz hansısa bir mövzuda danışarkən fikrimizi əsaslandırmaq, nitqimizi daha inandırıcı etmək üçün atalar sözlərinə, məsəllərə müraciət edirik. Lakin araşdırmalar göstərir ki, dilimizdə işlənən bəzi ifadələr müasir dövrümüzə dəyimiş, təhrif olunmuş şəkildə gəlib çatmişdır.
Məsələn, dilimizdə belə bir ifadə var: "İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər."
Xoşumuz gəlməyən bir varlıq daim qarşımıza çıxarkən bəzən bu məsəli işlədirik.

  

"İlanın zəhləsi yarpızdan gedər..."

Mahmud Kaşğarinin məşhur "Divani lüğət-it-türk"("Türk dillərinin lüğəti") əsərində bu ifadə belə işlənmişdir: "Yılan yarbuzdan qaçar, qança barsa, yarbuz ötrü gəlir". ("İlan yarbuzdan qaçar, hara getsə, yarbuz qarşısına çıxar.")
Məlum olduğu kimi, ilan quru, susuz yerlərdə yaşayır, yarpız isə adətən, rütubətli, nəm yerlərdə bitir.
Belə olduqda sual yaranır: İlanla yarpızın nə əlaqəsi? Doğrudanmı, ilanın yuvası qarşısında yarpız bitir?
Məsələ burasındadır ki, qədimdə yarbuz sözü heyvan adı bildirirdi. Hal-hazırda həmin heyvan manqust kimi məlumdur.

"İlanın zəhləsi yarpızdan gedər..."

Bu yırtıcı heyvan quş, ilan, xırda gəmiricilər və həşəratlarla qidalanır. O, saatlarla ilanın yuvası ağzında sakitcə durur və ilan yuvadan çıxan kimi onu tutub yeyir.
Buna görə də manqust (yarbuz) ilanın qənimi sayılır. M.Kaşğari də öz lüğətində "yarbuz" sözünü məhz manqust mənasında işlətmişdir. Zaman keçdikcə bu söz köhnələrək leksikamızdan çıxmışdır.
İfadədəki "bitmək" feli isə bəzən "durmaq" mənasında işlənir: "Nə bitmisən gözümün qabağında?" Deməli, qədim "yarbuz"(heyvan) sözünün "yarpız" (bitki) sözü ilə oxşarlığı məsəlin təhrif olunmasına gətirib çıxarmışdır.

 

"İlanın zəhləsi yarpızdan gedər..."

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz