» » Hamiləlik şansı necə artırıla bilər?

Hamiləlik şansı necə artırıla bilər?

Hamiləlik şansı necə artırıla bilər?

Hamilə qalma şansı necə artırıla bilər?

Hamilə qalmaq üçün qəbul etməniz lazım olan vitaminlər və minerallar bu qidalarda çox miqdarda var.

Hamiləlik şansı necə artırıla bilər?

 

Banan - Hormonları təşkil edən bir meyvə olan banan, döllənməyə də kömək edir. B6 vitamini əskikliyində aybaşı tsiklinin pozulması, xəstə yumurta hüceyrəsi və ya sperma inkişafı müşahidə olunur. Bananın tərkibindəki B6 bu cür problemlərdə köməkçiniz olacaq.

Hamiləlik şansı necə artırıla bilər?

 

Qulançar - Aparılan araşdırmalarda, fol turşusunun ovulyasiya problemlərinə yaxşı etdiyi sübut olunub. Hamilə qalmağa çalışan qadınlara fol turşusu qəbulu təklif edilir. Qulançar,fol turşu baxımından zəngin bir bitki olduğundan, hamilə qalma müddətində sizi dəstəkləyəcəkdir.

Hamiləlik şansı necə artırıla bilər?

 

Midyə - Araşdırmalar B12 çatışmazlığı ilə anormal estrogen səviyyəsi arasında əlaqə olduğunu göstərir. Estrogen səviyyəsinin normal olmaması, döllənmiş yumurtanın uşaqlıq divarına yapışmasına maneə törədə bilər. Midyə, B12 tərkibi ilə hamilə qalmağa köməkçi olar.

Hamiləlik şansı necə artırıla bilər?

 


Yumurta - Aparılan araşdırmada sonsuzluq problemi yaşayan qadınların 93 % - də D vitamini səviyyəsində problem müşahidə edilmişdir. D vitamini qəbulu hamilə qalmaq istəyən qadınlar üçün olduqca əhəmiyyətlidir.

Hamiləlik şansı necə artırıla bilər?

 


Badam - E vitamini çatışmazlığı həm qadın, həm də kişilərdə mayalanma sisteminə mənfi təsir edə bilər. E vitamini, sperma və yumurtadakı DNT-ni qoruyan antioksidantlar da daxil olmaqla, hamiləliyə köməkçidir.

Hamiləlik şansı necə artırıla bilər?

 

C vitaminli meyvələr - Aparılan bir araşdırmada sonsuzluq problemi yaşayan kişilərə gündə 1000 mg. miqdarında 2 dəfə C vitamini verilmişdir. Nəticədə sperma faizi və keyfiyyətində yüksəlmə müşahidə edilmişdir. C vitaminin qadınlarda da hormonları nizama saldığı təsdiqlənibdir.

Hamiləlik şansı necə artırıla bilər?

 

Somon balığı - Somondaki selenium, yumurta və spermanı sərbəst radikallardan qoruyan antioksidantların istehsalında əhəmiyyətli rol oynayar. Xüsusilə selenyum, xromosom problemlərini qarşısını almaqda çox təsirlidir.

Hamiləlik şansı necə artırıla bilər?

 

Yaşıl noxud - Noxuddakı sink, qadınlarda estrogen və progesteron hormonu səviyyələrini tarazlayır.

Hamiləlik şansı necə artırıla bilər?

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz