» » Qoltuq altına qulluq etmək üçün tövsiyələr

Qoltuq altına qulluq etmək üçün tövsiyələr

Qoltuq altına qulluq etmək üçün tövsiyələr

Tərləmək və tər iy vermək həyatımızı çətinləşdirir. Halbuki bunları alacağımız sadə tədbirlərlə əngəlləyə bilərik. Yaxşı, bəs qoltuq altı baxımı və bunların nəticəsində dəridə olan qızartı, qıcıqlanma və qoltuq altının rənginin dəyişdirib tündləşməsi, bu problemlərin qarşısını necə ala bilərik. Bunların qarşısını almaq çox asandır.
Bilinənlərin əksinə, tərimiz iy verməz. Tər, qoxuyan bir maddə deyildir. Tər vəzilərinin çıxardığı tər yağlı və zülallı maddədir. Nəmli mühitdə bakteriyalar törəyər, çoxalar və iy verər. Bundan başqa, sarımsaq, soğan, balıq da qoxu meydana gəlməsində rol oynayır. Kimyəvi balanssızlıq da qoxu meydana gəlməsində təsirli olur. Hər hansı bir xəstəlikdən şübhələnirsinizsə həkimə gedin.

Qoltuq altına qulluq etmək üçün tövsiyələr

Qoltuq altındakı tükləri təmizləmək həm görünüş baxımından, həm də pis qoxunu qarşısını almaq üçün lazımlıdır. Tükləri təmizləmək üçün müxtəlif yolları sınaya bilərik. Şəbəkə, epilyasiya, ülgüc və tüktökücü kremlər kimi...
Əgər ülgüc istifadə edəcəksinizsə əməliyyatdan əvvəl qoltuq altını sabunlamalı daha sonra ülgüc istifadə etməlisiniz. Birbaşa ülgüc istifadəsi dərini qıcıqlandırar.
Qoltuq altına qulluq etmək üçün tövsiyələr
Ülgüc tətbiqindən sonra nəmləndirici krem çəkməyə laqeyd yanaşmamalısınız. Çünki krem qıcıq və yanma hissini azaldır, dərini rahatlaşdırır. Şəbəkə və epilyasiya tətbiqlərindən əvvəl dərinin kremli, təmiz və quru olmasına diqqət yetirin. İstifadə edilən alətlərin istifadədən əvvəl və sonra təmizlənməsi dəri sağlamlığı üçün vacibdir, əsla laqeydlik edilməməlidir.
Hər nə şəkildə olursa olsun tüklər təmizlənəndə qoltuq altında qızartı meydana gəlir. Bu qızartının allergiyaya çevrilməməsi üçün epilyasiyadan dərhal sonra ətir, dezodorant kimi spirt ehtiva edən məhsullar istifadə etməməlidir. Bunun üçün bir az gözləmək lazımdır, çünki bunlar spirt ehtiva etdiyi üçün qıcıqlanma yaradar.
Lazer epilyasiyası son dövrlərdə məşhur olan bir üsuldur. Həm kökdən bir həlldir həm də çox praktikdir. Lazer epilyasiyadan sonra dəridə bir az qızartı ola bilər. Lakin bu narahat olunacaq bir vəziyyət deyildir, keçici bir haldır.
Diqqət yetirilməsi lazım olan incə nöqtə, epilyasiyadan sonra ən az bir gün ətir və dezodorant kimi spirt tərkibli məhsullar istifadə etməmək və günəşlənməmək lazımlıdır.
Qoltuq altına qulluq etmək üçün tövsiyələr

Hər zaman sağlam olun!

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz