» » Üz dərisini canlandırmaq və təmizləmək üçün təbii toniklər

Üz dərisini canlandırmaq və təmizləmək üçün təbii toniklər

 Üz dərisini canlandırmaq və təmizləmək üçün təbii toniklər

http://i037.radikal.ru/1001/67/e1508cfda604.gif

Dəriyə qulluq üçün kosmetik məhsulları istifadə etməyi sevmirəm. Təbiilik tərəfdarıyam. Gündəlik nəmləndirirəm dərimi. Tonik olaraq mineral su istifadə edirəm. Dərimə çox yaxşı təsir edir. Sizin üçün evdə hazırlanan tonikləri araşdırdım. Çobanyastığı toniki ən çox maraq etdiyim və qətiliklə istifadə etməyi düşündüyüm tonik tərkibidir. Həm xərcsiz, həm də təbii.

Sınamaq istəyənlər üçün reseptlər və faydaları

 

Üz dərisini canlandırmaq və təmizləmək üçün təbii toniklər 

 

Üz üçün təbii tonikin hazırlanması

Tərkibi: Su, itburnu meyvələri

Itburnu bitkisinin məsamələri sıxlaşdırdığı bir həqiqətdir. Tərkibində olan maddələr sayəsində uzun və davamlı istifadə edildikdə, məsamələri təmizləyərək dartır. Tonik olaraq su və itburnu meyvələri bərabər miqdarda götürülərək qarışdırılır, dəmlənir. Dəmləndikdən sonra, bir şüşə qabda saxlamanız lazımdır. Bu qarışığı hər gecə yatarkən, pambığın köməyi ilə üzünüzə sürtməlisiniz. Üzünüzü bu qarışıq ilə sildiyinizdə pambığa gələn qalıqlar, dərinizdəki məsamələrdən çıxar və dəriniz təmizlənmiş, nəfəs almış olar.

Üz üçün gül suyu toniki


Tərkibi: gül suyu, sirkə

Gül suyu və sirkə 2 çay qaşığı olmaqla qarışdırılaraq pambığın köməyi ilə üzə sürtülər. Xüsusilə də məsamələrin olduğu bölgəyə sürtülməlidir. Hər gün bu qarışıq dəriyə tətbiq oluna bilər.

Qeyd: Sirkəyə qarşı reaksiya görsəniz, istifadəsini kəsməlisiniz.

Mineral sudan tonik hazırlamaq

Üz dərisini canlandırmaq və təmizləmək üçün təbii toniklər

 

Tərkibi: mineral su, rozmarin (bibəriyə)

Rozmarin (bibəriyə) bitkisi bir miqdar alınaraq suda dəmlənməlidir. Dəmlənmiş su ilə mineral su qarışdırılır. Xırda deşikli bir şüşəyə boşaldılır. Hər gün bu qarışıqla dərinizi silə bilərsiniz. Məsamələri qısa müddətdə doldurduğu üçün mineral su çox faydalıdır. Bibəriyənin faydası da, sızanaqlı dəriləri düzəltməkdir. Bu toniki sızanaqları azaltmaq üçün istifadə edə bilərsiniz.
 
Üz baxımı üçün çobanyastığı toniki

Tərkibi: Çobanyastığı bitkisi, su

Bir qədər çobanyastığı adi su ilə dəmlənir. Qaynayana qədər suda qalır və ilıq hala gələnə qədər gözlədilir. Daha sonra çobanyastığı süzülərək, əldə edilən su bir şüşə içərisinə alınaraq hər gün istifadə edilir. Çobanyastığı bitkisi təbii bir təmizləyici və məsamə daraldıcıdır.

Qeyd:
Dərinizi təmizləmədən əvvəl, əsla tonik tətbiq etməməlisiniz. Makiyaj qalıqlarını toniklə çıxarmaq heç doğru deyil. Makiyajın dəridən təmizlənə bilməsi üçün daha qüvvətli təmizləyiciyə ehtiyacınız vardır.
 

Üz dərisini canlandırmaq və təmizləmək üçün təbii toniklər

 

http://i037.radikal.ru/1001/67/e1508cfda604.gif

Hər zaman sağlam və gözəl olmanız arzusu ilə...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz