» » Kakaonun fərqli istifadə sahələri

Kakaonun fərqli istifadə sahələri

Kakaonun fərqli istifadə sahələri

Dadlandırır


Meksikalıların etdikləri kimi kakao tozunu şorbalarınıza, salatlarınıza, dəyişik və zəngin bir dad qatmaq istədiyiniz hər təamlarınıza əlavə edə bilərsiniz.

Havanı təmizləyir

Kakao müdhiş qoxusu ilə otağınıza isti bir hava verəcək. Ocağın üzərində bir dəmlik isti kakao qaynadın, yavaş-yavaş istilənən kakao otağınızın müşk kimi ətir verməsini təmin edəcək. Üstəlik özünüzə isti kakao ziyafəti hazırlayacaqsınız.

Şirniyyat istəyinizin qarşısını alar

Əgər sizin də iştahanız davamlı olaraq şirniyyat çəkirsə, yanınızda kakao tozu saxlanın. Canınız şirniyyat çəkdiyində bu tozu iyləyin. Bunun, qəlyanaltı ehtiyacını və şirin istəyinin qarşısını aldığı mütəxəssislər tərəfindən sübut edilmişdir.
 

Kakaonun fərqli istifadə sahələri

Kakao yağı 

Kakao yağı, dəri üçün son dərəcə faydalıdır. Çat meydana gəlməsinn qarşısını alır, dərinizi nəmləndirir və saçlarınızı qidalandırır.

Dərini təmizləyir

Antioksidant baxımından zəngin olan kakao, dərinizin təmizlənməsinə və yenilənməsinə köməkçi olur. Kakao tozunu dəriyə sakitləşdirici təsiri olan bir maska ilə qarışdırın və dərinizə bu şəkildə qulluq edin. Ya da, kakao tozu, yulaf, qatıq üçlüyünü qarışdıraraq, içinə bir az da bal əlavə edib, bir dəri maskası hazırlayın və dərinizi sakitləşdirmək üçün istifadə edin.
Qeyd: Kakao dərinin rəngini tündləşdirir, əgər qaralmaq istəmirsinizsə, istifadə edərkən diqqətli olun.

Sağlamlıq

Kakao sağlamlığınız üçün də faydalıdır. Kakao tozunun təzyiqi salmağa kömək etdiyi, pis xolesterolu saldığı və ürək xəstəliklərinə tutulmaa riskini azaltdığı bilinməkdədir.
 

Kakaonun fərqli istifadə sahələri 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz