» » "Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"

"Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"

"Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"
Bir üzməyi bilməyən dənizə gəlir və biri xamlıq edib suyun ona boy verən yerindən də qabağa gedir Görür ki, batır, qışqırmağa başlayır: üzür düz dənizin ortasına. Başlayır batmaya. Qışıqırır:
- Batıram, kömək edin , "spasayte”, "yardım edin, boğuluyorum”, "dопомога, я тону”, "mен суға батып бара жатқан жатырмын, көмек”...
Bu qışqırıqları da sahildə olan şəkili eşidir, ayağa durub ona sarı çevrilərək bu da qışqırır
- Ha indi dörd dil öyrənincə, bir dənə üzmək öyrəneydin
"Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"
Bir şəkili öz oğlunu rus dilini öyrənsin deyə Rusiyaya göndərir. Bir il keçəndən sonra bu şəkili istəyir ki, gedib oğluna baş çəksin, görsün rus dilini ğyrənə bilibmi? . Ünvanla axtara-axtara gəlib çıxır oğlu yaşayan binanın , hətta qapının qarşısına. Qapını döyür. Birdən qapının arxasından bir rus qadını Şəki ləhcəsi ilə soruşur:
-Ha indi kto tam?
"Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"
Sovet dönəmində radiolar vardı, hətta rayon mərkəzində, kəndin dimgə yerlərində işçıq dirəkləri kimi dirəyin başından asırlarmı. Eləcə də Şəki də və Şəki radiosu redaksiya olaraq hər gün müəyyən vacib xəbərləri, eləcə də hava haqqında məlumat verərmiş. Günlərinin birində Şəki radiosu belə bir "dəqiq” məlumat verir:
- Diqqət, diqqət. Danışır Şəki radiosu. Bəlkə axşamüstü yağış yağdı.
"Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"
Bir bəstəboy şəkili əsgərliyə gedir. Əsgərlik qurtarır. Bu da anasına məktub yazır ki, 1 həftəyə, 10 günə gözləyin, bəs gəlirəm, bir "nemka” da almışam. Anası bunu başa düşmür. Deyir ki , səən şumal boyuva qurban. Sən də pul hardandı, yazıq uşaq, dıqqı-dıqqı topluyub bunu. Oğlu deyir ki, hə də, evə gəlirdim deyə toplamışdım, siz göndərən puldan da qalmıb həl.. Anası ağlamsınıb qayıdır ki, evə boş gəlmə, bax, yarayanı olsa, birini də dədaaa al.
"Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"
Bir gün Hacı dayı Moskvaya gedir. Gəzir bir az, günorta vaxtı açıyıb girir bir restorana. Hacı dayıya menyu gətirirlər. Baxır-baxır bunların heç birini tanımır, bir dənə salatdan başqa. Salatı sifariş edir. Ofisant salatı gətirir. Hacı dayı salatın içindəki pomidoru görüb deyir:
- Əəə, bəmədor, Şəkidən Moskuya gəlib salat olmusan?
"Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"
Bir göynüklü dostlrı arasında orda-burda özünü öyürmüş, bir növ deyirmiş ki, mən eləyəm, mən beləyəm. Bir dəfə də deyir ki, arvadımla biz ayrı- ayrı otaqda qalırıq.
Dostu da deyir:
- Ay daaa, elə də şey olar? Birdən arvad səa lazım oldu?
Göynüklü deyir ki, fışdılıxlıyıram, o da gəlir.
- Bəs birdən arvad səni istdi, onda necə?
- Onda da arvad qapını açıb soruşur ki, "hayındı fışdılıx gəldi, sənsənmi?”
"Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"
Bir gün Şəkilinin evinə qonaq gəlir. Evin gəlinləri hər şeyi süfrəyə düzürlər, amma qənd yaddan çıxır. Qayınata gəlini çagırır: ay gəlin, bizim nərdivan hardadır? Gəlin cavab verir ki, damda:
- Ata, gətirim,- deyib, qaçır nərdivanı gətirməyə.
Bu zaman qayınata deyir Kki, qənd qabını da qoy nərdivanın ayagına.
"Ha, indi köölüzə Şəki lətifələri düşübsə, ha bıra yığışın"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz