» » Üzü incə göstərmək üçün ənlik necə tətbiq olunmalıdır?

Üzü incə göstərmək üçün ənlik necə tətbiq olunmalıdır?

Üzü incə göstərmək üçün ənlik necə tətbiq olunmalıdır?

Üzü incə göstərmək üçün ənlik necə tətbiq olunmalıdır?
Üz xəttlərinizi daha incə göstərmək istəyirsinizsə, ənlik istifadə edərək bir neçə makiyaj hiyləsi edə bilərsiniz.

Üz tipinə görə üzü daha incə göstərmənin sirləri.

Yanaqlarda bir az rəng həm gün içində, həm də romantik bir gecədə dərinizin təbii bir təravətlə işıldamasını təmin edir. Bir neçə makiyaj hiləsi ilə həm daha gənc görünmək, həm də üz xəttlərinizi daha incə göstərmək istəyirsinizsə, dərhal təkliflərimizi tətbiq etməyə başlayın.

Üzə təravət qazandırmaq üçün ənlik necə tətbiq olunmalıdır?

Çəhrayı və şaftalı tonlarındakı ənliklər almacıq sümükləriniz üzərində sehirli bir təsir buraxar. Şaftalı tonundakı ənliyinizdən fırçanıza bir az alın, fırçanı əlinizin üzərinə yüngülcə vuraraq çoxunu atın. Ənliyi yüngül və az-az yanaqlarınıza tətbiq edin, bu çox əhəmiyyətlidir. Şaftalı tonunu yalnız almacıq sümüklərinizin üzərinə tətbiq edin, daha sonra yanaqlarınızın ortasına çəhrayı ənliklə yüngülcə toxunun. Bu sizə əlavə bir təravət verəcək.

Üzü incə göstərmək üçün ənlik necə tətbiq olunmalıdır?

Ənliklə kontur makiyajı necə edilir?

Oval: Bu üz şəklinə ənliyi hər cür tətbiq edə bilərsiniz. Ən yaxşısı, gülümsəyin və ənlik fırçanızı əvvəl yanaqlarınızın ən yüksək nöqtəsinə sürtün. Daha sonra gicgahlarınıza, qulaqlarınıza və yanağınıza doğru yayın.

Yumru: Geniş üzlərdə ənlik almacıq sümüklərinin üzərinə və altına tətbiq olunmalıdır. Daha sonra gicgahlara doğru yaya bilərsiniz, eynilə 80-ci illərin modası kimi. Bu optik hiylə üzü daha incə göstərər.

Bucaqlı:
Bu üz tipində allığı çox yuxarıdan başlatmamaq lazımdır. Ənliyinizi yanağınızın üzərində yayılaraq gicgahlarınıza doğru keçməlidir.

Üçbucaq:
Ənliyinizi üzü üfüqi olaraq kəsəcək şəkildə tətbiq etməlisiniz. Yüngülcə çənənizin üzərinə də tətbiq etsəniz, yüz cizgilərinizin daha gözəl və incə görünməsini təmin edə bilərsiniz.

Üzü incə göstərmək üçün ənlik necə tətbiq olunmalıdır?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz