» » Xanımlara zərif görünmələri üçün 7 geyim təklifi

Xanımlara zərif görünmələri üçün 7 geyim təklifi

Xanımlara zərif görünmələri üçün 7 geyim təklifi

Qadınlar hər zaman ən yaxşı görünmək istəyir. Lakin bunu bacarmaq hər zaman mümkün olmaz. Bir çox qadın isə artıq çəkilərindən, bədəninin görünüşündən heç də məmnun deyil. Xüsusilə də qadınlar, daha zərif bir görünüşə sahib olmaq istəyərlər. Bunun ən əsas yolu pəhriz və məşq olsa da, qısa vaxtda, yəni sizi dərhal arıq göstərəcək geyiminizdə edəcəyiniz kiçik hiylələrdir.

Aşağıda sizin daha zərif görünməyinizi təmin edəcək 7 geyim təklifi veririk:

1. Zərif bir görünüş üçün başdan ayağa tək bir rəng geyinin. Tək rəng geyindiyiniz zaman gözlər tək rəng geyinmənin gətirdiyi rəng sütununa yönəlir. Yəni daha dolu görünmənizi ikinci plana atır. Buna monoxromatik geyim tərzi deyilir və sizin daha zərif görünmənizi təmin edir.

2. Tünd və neytral rənglər geyinin. Açıq və parlaq rənglər geyinməkdən çəkinin. Açıq və parlaq rənglər sizdə artıq çəkili görünüş yaradar və daha dolu göstərər.

3. İncə görünmək istəyirsinizsə, paltarlarınızı çox dar geyinməkdən çəkinin. Çox sıx paltarlar başqa istiqamətə, məsələn çox yağlarınıza, paltardan eybəcər şəkildə çıxan ətlərinizə diqqət çəkməsinə səbəb olur. Daha rahat geyinin. Lakin çox gen də olmasın.

4. İncə və zərif görünüş üçün aksesuarlarınıza da diqqət edin. Əgər qarın hissəsi ilə əlaqədar şikayətiniz varsa, geniş kəmərlərdən qaçın. Əgər sinə və boyun bölgəniz daha böyük və yoğundursa qısa boyunbağılar istifadə etməyin. Uzun boyunbağılar sizi daha incə, uzun boyunlu göstərər. Yəni bədəninizdə problemli olaraq gördüyünüz yerlərə diqqət çəkilməmənizə diqqət edin.

5. Daha arıq bir görünüş təmin etmək üçün bluz, kofta və ya t-shirtünüzün üzərindən bir pencək və ya jilet geyinin. Qısa pencəklərdən qaçın. Uzun pencəklərə üstünlük verin.

6. Yüksək dikdaban ayaqqabılar geyinin. Yüksək dabanlı ayaqqabılar sizi daha zərif göstərər.

7. Müsbət əhval-ruhiyyəli olun. Hər zaman sahib olduğunuz müsbət istiqamətlər üzərində fokuslanın. Məsələn, gülümsəməniz, saçlarınız, gözləriniz və s. Hər zaman müsbət olmanız mənfi istiqamətlərinizi örtmənizə köməkçi olar. Bundan əlavə, daha incə və zərif görünmənizə kömək etməsi üçün sağlam və balanslı qidalanın. Müntəzəm olaraq idman edin.
Xanımlara zərif görünmələri üçün 7 geyim təklifi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz