» » "Sizif əməyi", "Sizif daşı" ifadəsi nə deməkdir?

"Sizif əməyi", "Sizif daşı" ifadəsi nə deməkdir?

"Sizif əməyi", "Sizif daşı" ifadəsi nə deməkdir?

Sizif - Sisif (Sisyphos) qədim yunan mifologiyasında küləklər hökmdarı Eolun oğludur. O, həm də Korinfin qurucusu və padşahı olmuşdur. Allahları aldatdığı üçün onu dağın ətəyindən başına kimi daş diyirlətməyə məhkum etmişlər. Daş isə dağın zirvəsinə çatan kimi aşağı yuvarlanarmış. Bu anlamda Sizifin gördüyü iş səmərəsiz, ağır, yorucu və üzücü əmək mənasına gəlirdi. "Sizif əməyi", "Sizif daşı" ifadəsi də buradan meydana gəlmişdir.
Sizif obrazı qədim dünya ədəbiyyatında Esxil, Sofokl, Evripid tərəfindən, keçən əsrdə A.Kamyu, F.Merl tərəfindən ədəbiyyata gətirilmiş, təsviri incəsənətdə isə Tsian tərəfindən işlənilmişdir.
Azərbaycan ədəbiyyatında isə Mirmehdi Ağalıoğlu "Küləyi dişləyən" memuar-hekayəsini yazmışdır.

"Sizif əməyi", "Sizif daşı" ifadəsi nə deməkdir?

"Sizif əməyi", "Sizif daşı" ifadəsi nə deməkdir?

"Sizif əməyi", "Sizif daşı" ifadəsi nə deməkdir?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz