» » Qırmızı rəng öküzləri hirsləndirirmi?

Qırmızı rəng öküzləri hirsləndirirmi?

Qırmızı rəng öküzləri hirsləndirirmi?

Öküz güləşi (ispan dilində: "corrida de toros”, "tauromaquia”, "toreo”; iki buğanın müxtəlif məqsədlərlə güləşdirilməsini, ya da "matador” adı verilən bir insanın buğanı getdikcə yorub öldürməsini nümayiş etdirən əyləncə növü, bir müsabiqə formasıdır.
Hər il İspaniya və ona yaxın ölkələrdə 2 minədək bu cürə öküz döyüşü keçirilir.
Döyüşçü öküz obrazı İspaniya, Portuqaliya Cənubi Fransada, Amerika, Meksika, Venesuela, Kolumbiya, Peru, Ekvador kimi ölkələrdə yayılmışdır və daha sonrlar digər ölkələrə də keçmişdir, o cümlədən Türkiyəyə də. Türkiyədə Artvin, Qafkasör öküz döyüşləri ilə məşhur bir mərkəzdir.

Qırmızı rəng öküzləri hirsləndirirmi?

Hər iyun ayının üçüncü həftəsində Qafkasör öküz döyüşləri mərkəzinə ənənə olaraq yaxın ətrfın hər yerindən döyüşmək üçün öküzlər gətirirlər. Döyüşəcək öküzlər boyun qalınlığına və çəkilərinə görə müəyyən edilirlər.

Qırmızı rəng öküzləri hirsləndirirmi?


Bu döyüşlər aparıldığı tarixdən etibarən, buğaların zərər görməməsi və hər hansı bir şəkildə əziyyətə məruz qalmamaları üçün diqqət edilir, müəyyən qaydalar tətbiq edilir. Güləş meydanında oyunu idarə edənlər əllərindəki uzun çubuqlarla lazım olanda gücdən istifadə edirlər və s. Bir, növ Qafkasör öküz döyüşləri özünəməxsus qaydalarına görə güc nümayişi olmaqla yanaşı, həm də bir idman və şənlik mühitinə çevrilir. Xüsusi ilə qeyd etmək lazımdır ki, Qarasördəki öküz döyüşləri dünyada məşhur olan korridalardan məhz bu xüsusiyyətlərinə görə seçilirlər.

Qırmızı rəng öküzləri hirsləndirirmi?

 

İspaniya və bu əraziyə yaxın digər ölkələrdə keçirilən öküz güləşləri isə tamam başqa məzmundadır.
Bu və digər səbəblərdən bəzi yerlərdə öküz güləşi yasaqlanmışdır.
Belə qeyri-adi yarışlar bizim ölkəmiz üçün qeyri-adi olsalar da, Azərbaycanda bunlar keçirilməsələr də, istər kütləvi informasiya vasitələri ilə, istərsə də oxuduğumuz kitablarla biz də dünyada mövcud olan qəribə yarışlardan, o cümlədən korrida haqqında da məlumatlıyıq .
"Korrida” deyilən kimi ilk olaraq gözümüz önünə öküz döyüşü keçiriləcək arena, öküz və bu döyüş üçün xüsusi geyimli matadorlar canlanır. Çoxları belə düşünür ki, matadorların döyüş zamanı əllərində vasitə kimi istifadə etdikləri qırmızı rəngli örtük, ümumiyyətlə qırmızı rəng öküzü coşdurmaqdan ötrüdür. Doğrudanmı qırmızı rəng öküzləri hirsləndirir və bunun səbəbi nədir?
Əslində qırmızı rəng heç bir öküzü qızışdırmır. Çünki öküzlər rəngləri seçə bilmir. Seçə bilmirlərsə, demək, qırmızı rəngi də digər rənglərdən ayırd edə bilmirlər.

Qırmızı rəng öküzləri hirsləndirirmi?

 

Araşdırmalarda göstərilənlərə görə buğalar onu qışqırdan və ya hirsləndirən hər şeyi gördüyü an hücumetmə instiktinə malikdir.
Heyvanlar anatomik strukturları baxımından məhdud görüş bucağına sahibdirlər, başqa sözlə, öküzlər miyoptur.
Nədir miyop: yaxından görmə, yəni yaxındakı cisimləri aydın gördüyü, amma uzaqdakı cisimləri aydın görmədiyi bir haldır. Yaxından görmənin səbəbi adətən, gözün oval olmasıdır və göz bəbəyinin uzaqdakı cisimlərdən gələn şüaları tor qişa üzərində mərkəzləşdirib , cəm etməyə yetərli olmamasıdır.

Qırmızı rəng öküzləri hirsləndirirmi?

 

Tədqiqatçı Sansonun araşdırmalarına görə döyüşçü öküzlərin hələ mənşəyindən var olan kəllə genişliyi üzündən gözlər arasında məsafə böyükdür və bu pis refraksiona səbəb olur, yəni işığın bir mühitdən digərinə keçiddə bucağını dəyişdirməsi və sürətində dəyişiklik yaranır: bu isə gözdə sındırma qüsuru olduğu deməkdir.
Buğa örtüklə olan diqqət məsafəsini qısaltmaq üçün ona yaxınlaşır və retinadakı obyektə fokuslanır. Məlumdur ki, tor qişa göz kürəsinin arxa divarını bir divar kağızı kimi örtən və görmə hüceyrələrindən ibarət tor təbəqəsidir. Tor qişada əmələ gələn xəstəliklər bilavasitə görmə hissiyyatını təhdid edir.
Və beləliklə, bu məlumatlardan sonra düşünməyə əsas var ki, məşhur korrida döyüşlərində (buğa güləşində) matador öküzü qırmızı rənglə deyil, əlinə aldığı şapkanı, eləcə də şalını yelləyərək qəzəbləndirir.
Öküzün guya qırmızı matodorun qırmızı geyinməsinə görə hücum etməsi haqqında deyilənlər doğru deyil, ümumiyyətlə, qırmızı şala hücum etdiyi inancı səhvdir. Güləşçi arena üçün xüsusi olaraq bu döyüşlər üçün müəyyən olunub qəbul edilmiş forma. Əgər şəkillrdə fikir versəniz matodor heç də yalnız qırmızə rəngdən deyi, başqa rəngli geyimlərdən də istifadə edər. Bu geyimlər çox şişirdilmiş parlaq rəngdədir. Ümumiyyətlə, qızıl və ya gümüş rəng işləmələrlə bəzənər. Paltarın ümumi ağırlığı ortalama 2,5 kq olur. Bu geyim öküzün boynuzlarından qorunmaq üçün xüsusi parçalardan dikilir. Matadorun corabları çəhrayı rəngdə olur.

Qırmızı rəng öküzləri hirsləndirirmi?

 

Demıli, İspaniyada buğaların qırmızı rəngə hücum etdiyi inancı heç də insanların fikirləşdikləri kimi deyil. Sadəcə, bu rəng öküzü hirsləndirmək üçün deyil, tamaşaçılara xoş görüntü yaratmaq üçün seçilmişdir.
Əslində, qırmızı rəng insanlara əks təsir göstərir. Aparılan təcrübələrlə müəyyən edilib ki, bu rəng insanların qan təzyiqini yüksəldib, ürək döyüntünü sürətləndirir.
Öküz döyüşünün ilk versiya antik Yunan, Roma, Misir və hətta Koreya və Çin mədəniyyətlərində qaynaqlanır.
Buğaya farslar da sitayiş edirlər, Afrika isə öldürüb yağından istifadə edirlər. Bütün bu ənənələrin əsasında, heyvanın gücü dayanır. Bu ənənənin bir şəkildə İspaniyaya gəldiyi, Avropa ölkələri içində feodal rejimi ən son tərk edən bu ölkədə də möhkəm olduğu güman edilir.
 

Qırmızı rəng öküzləri hirsləndirirmi?

 

Qırmızı rəng öküzləri hirsləndirirmi?

 

Qırmızı rəng öküzləri hirsləndirirmi?


Qeyd: Yazıda vikipediya məlumatlarından və A.Əliyevanın tədqiqatlarından istifadə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz