» » Noyabrın ikinci həftəsi "Uşaq kitabları həftəsi"dir

Noyabrın ikinci həftəsi "Uşaq kitabları həftəsi"dir

Onunla maraqlanan bir ana-ata ilə evində bol kitab tapan bir uşaq yoxsul sayılmaz.
Sam Levenson
Noyabrın ikinci həftəsi "Uşaq kitabları həftəsi"dir. Mütailəyə, bir qədər də incələsək, uşaq mütailəsinə, uşaqların həyatlarında kitabların roluna və yerinə belə Noyabrın ikinci həftəsi "Uşaq kitabları həftəsi"dirdiqqət heç də səbəbsiz deyil.
Kitab bizə bilmədiklərimizi öyrədir. Görmədiyimiz yerləri tanıdır. Kitablar zamanımızı qiymətləndirən bir sevgili yoldaşdır. Kitablarla dostluq kiçik yaşda başlayarsa, bu gözəl vərdiş həyatının sonuna aədər davam edər.
Kitablar doğrunu, gözəli, yaxşını tanımağımıza kömək edər. Kitablar həyatı sevdirər. Dünyanı gözəlləşdirər. İçimizi, beynimizi işıqlandırar kitablar.
Yazıçılar kitab vasitəsilə minlərlə, yüz minlərlə insana müraciət edərlər. Yazarın düşüncələri kitablar vasitəsilə ölkədən- ölkəyə yayılır. İnsanlar bu kitabları oxuduqca müəllif və oxucu arasında bir əlaqə qurulur, bir yaxınlıq təmin edilir.
Kitabların saxlanıldığı və satıldığı yerə "Kitab evi”, deyilir. Hər kəsin faydalanması, oxuması, müraciət etməsi üçün qurulan və içində kitablar olan yerə isə "kitabxana” deyilir.
1917-ci ildə Amerika Kitabxana İdarəçiləri ilk dəfə bir "Kitab həftəsi” tənzimləməsi təklif etdilər. Ziyalılar, yazarlar, publisistlər təklifin qəbul edilməsi üçün çalışdılar. Nəhayət, noyabr ayının ikinci həftəsi dünyanın bir çox sivil ölkəsində "Kitab həftəsi” olaraq qəbul edildi. Daha sonra isə "Uşaq kitabları həftəsi” dünya ölkələrində də qeyd olunmağa başladı.
"Kitab həftəsi”ndə kitab sərgiləri təşkil edilir. Kitab sifarişləri məktublarının necə yazıldığı öyrədilir. Dostlar bir-birlərinə kitab hədiyyə edərlər. Kitabsevərlər kitabxanalarda xidmət göstərərlər: qopmuş, cırılmış kitabları bərpa edərlər.
Kitab, mütailə hər zaman lazımdır. Xüsusən, məktəbyaşlı uşaqları buna alışdırmaq lazımdır. Bu, uşağı gələcək böyük həyata hazırlamaq üüçn göstərilən səylərdir, arzu və ümidlərdir.
Uşaq mütəxəssislərinin fikrincə, kitablar onların romantik, idrak və sosial inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Kitablar uşağın məlumat dünyasını genişləndirir və beləcə duyğularını və düşüncələrini daha yaxşı ifadə etmə qabiliyyətləri inkişaf etdirər. Şəkilli hekayə kitabları uşağın xəyal dünyasına bir pəncərə açar və hekayə xarakterlərinin köməyi ilə fərqli dünyagörüşləri mənimsəməsinə köməkçi olur. Xüsusilə nağıllar balacalaın inkişafına müsbət istiqamətdə təsir edər. Ayrıca ana, ya da ata ilə oxunan nağıl və hekayə kitabları ana-uşaq, ata-uşaq ünsiyyətini gücləndirir.

Noyabrın ikinci həftəsi "Uşaq kitabları həftəsi"dir
5-6 yaşda olan uşaqlar arasında şəkilli hekayə kitablarının uşağın duyğu tənzimləmə qabiliyyətinə olan təsiri araşdırılmışdır . İkisi araşdırma qrupu və biri də nəzarət qrupu olmaq üzrə üç iştirakçı qrup yaradılmışdır. Araşdırma qruplarından birinə duyğularla əlaqədar bir kitab oxudulub yanında da ingilis əlifbası ilə əlaqədar işlər aparılarkən, digər araşdırma qrupuna da yenə duyğularla əlaqədar bir kitab oxudulmuş və yanında da duyğularla əlaqədar başqa bir fəaliyyət etdirilmişdir. Nəzarət qrupuna isə heyvanlarla əlaqədar bir hekayə kitabı oxudulmuş və ingilis əlifbası əlaqədar bir sıra digər işlər etdirilmişdir. Araşdırma nəticələrinə görə, iki araşdırma qrupundakı uşaqlarda duyğu anlama və tənzimləmədə daha yüksək nəticə əldə etmişlər. Bu da kiçikyaşlı uşaqlara duyğularla əlaqədar kitab oxumanın uşaqların duyğu inkişafı baxımından müsbət nəticələr verdiyini göstərir.
 
Noyabrın ikinci həftəsi "Uşaq kitabları həftəsi"dir
Eyni zamanda ədəbiyyata görə, məktəb əvvəli dövrdə valideynlərlə birlikdə oxunan şəkilli kitabların valideyn və uşaqlara mövzuyla əlaqədar müzakirə fürsəti yarandır və beləcə uşağın dil inkişafını və təsvir və təxəyyül qabiliyyətini inkişaf etdirir. Bütün bunlar uşağın dil inkişafı, romantik inkişafı və ictimai inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Əziz valideynlər ! "Kitab həftəsi”ndə siz də uşaqlarınızla birlikdə iştirak edin.
Siz vaxtınızı şən keçirməklə bərabər, özünüz də bəzi şeylər öyrənərsiniz. Onların simasında həm də öz uşaqlığınızı seyr edərsiniz. Övldlarınıza hr zaman ən yaxşı hədiyyəniz kitab olsun.
Kitab evlərinə, kitabxanalara, kitab sərgilərinə həmişə onlarla birlikdə baş çəkin.

 

Noyabrın ikinci həftəsi "Uşaq kitabları həftəsi"dir


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz