» » "Domokl qılıncı" nə deməkdir?

"Domokl qılıncı" nə deməkdir?

 

 

"Domokl qılıncı" nə deməkdir?


 

Yəqin ki siz də televiziyadan, gündəlik mətbuatdan, danışıqdan "başının üstündən Domokl qılıncı asılıb”, "başının üstündə elə bil ki, Domokl qılıncıdır” və sair bu məzmunda ifadələr çox eşitmisiniz. Nə deməkdir bu ifadə?
"Domokl qılıncı” ifadəsi qədim yunan mifologiyası ilə bağlı ifadədir. Bu ifadədən daha çox siyasi söhbətlərdə istifadə olunsa da, publisistikada və danışıq dilində də artıq tez-tez rast gəlinən ifadələrdən biridir, aforizmdir, aforistik ifadədir.
Əfsanəyə görə, Sirakuz hökmdarı kral Dionisin hakimiyyəti dövründə hakimiyyət və Dionis haqqında əks fikirlər paylaşan Domokl, əslində, hakimiyyətin, kral olmağın sadə bir şey olduğunu söylər, krala rahat və gözəl həyat bəxş etdiyini söyləyirmiş. Bunu eşidən Dionis Domoklı yanına dəvət etmiş, şərəfinə ziyafət təşkil edərək taxtda əyləşdirmişdir. Ziyafət Domoklın xəyallarında yer alan qədər dəbdəbəli imiş . O, öz aləmində ikən birdən gözü tavandan at tükündən asılmış qılınca sataşır.
Domokl vahiməylə geri çəkilir ki, istənilən an tük qırılsa və bu qılınc hansı başa düşsə, iki parça olar. Əslində hökmdar bu əsilzadəyə ibrət dərsi vermiş, böyük hakimiyyətin, liderliyin nə qədər çətin olduğunu başa salmaq istəmişdir.
Zaman keçdikcə bu ifadənin əhatə dairəsi genişlənmiş, ifadə getdikcə aforizmləşmişdir.
Hər hansı çətin şəraitdə, ekstremal hallarda bu ifadədən "təhdid", "təhlükə" mənasında xəbərdarlıq kimi istifadə olunur. Kimə müraciət olunursa, hadisənin ciddiliyinə soyuqqanlı və ayıq olmağa çağırılır.
Məcazi mənalar da ifadə edir, yəni əvvəldə qeyd etdiyimiz kimi, əsasən, siyasi danışıqlarda işlənsə də, canlı danışıqda da bu ifadəyə müraciət edirik. Səadət uğrunda yolumuzda, işimizdə, gücümüzdə, əməlimizdə ağılla hərəkət etməliyik. Laqeydlik, məsuliyyətsizlik, bu və ya digər yanlış addımlar mübarizə yolumuzda mane və təhlükələr yarada bilər.

"Domokl qılıncı" nə deməkdir?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz