» » Məşhur adamların həyatından - Mirzə Ələkbər Sabir

Məşhur adamların həyatından - Mirzə Ələkbər Sabir

Məşhur adamların həyatından - Mirzə Ələkbər Sabir

Sabir xəstə ikən pəhriz saxlayırdı. Necə olmuşdusa, bir gün pəhrizi pozub qarpız yemiş, qarnının ağrısı şiddətlənmiş. Şairi məzəmmət edən müəllim yoldaşlarına o, sakitcə demişdir:

Yemişü- yelpənəyi düz, yemərəm,
Tövbə olsun, daha qarpız yemərəm.

Müəllim yoldaşları güldükdə, o təzədən iki misra da söyləmişdir:

Qırxıq başın şəhabəti var çünki qarpıza;
Oldur ki, həp içi dolu fisqü-fəsaddır.

Sabir Tiflisdə xəstə yatarkən həkimlər ona qarnını araqla sürtməyi tapşırmışdılar. Bir dəfə şəfqət baçısı onun qarnına araq çəkərkən, şair özünəməxsis bir zarafatyanalıqla demişdir:
Xalq arağı qarnının içinə töküb keyf çəkir, mən bədbəxt isə qarnımın üstünə sürtüb əziyyət çəkirəm.

Məşhur adamların həyatından - Mirzə Ələkbər Sabir

Sabir öz əsərlərini sağlığında divan şəklində görməyi çox arzulayırdı. O, öz müəllimi Seyid Əzim Şirvanini misal gətirirdi:
- Mən bir dəfə Hacı Seyid Əzimin görüşünə getdikdə gördüm ki, bütün yazdığı şeirləri qarşısına töküb onlarla məşğuldur. Hər zaman zarafat edib əylənən ağa o gün çox bikef və kədərli idi. Səbənbini soruşdum.
- Bir şair üçün ,dedi, bundan böyük bədbəxtlik olmaz ki, gözünü həyata yumarkən bütün ömrünün məhsulu olan əsərlərinin müqəddəratını bilməsin. Məni kim xatircəm edər ki, sabah öldükdən sonra bu əsərlərim təb və nəşr edilib adımı tarixdə yaşadacaqdır. Mən bunları künc-bucaqlarda itib tələf olmayacağından arxayın deyiləm.
Sabir müəlliminin sözlərini xatırladıqdan sonra
özünə düşünür:
-Mən də indi eyni kədərlə kədərlənirəm. Tale məni müəllimimlə birləşdirib. Görünür mən də Hacı Seyid Əzim kimi kitabımı görmədən həsrət ilə öləcəyəm.
Şair də müəllimi kimi öz kitablarını görmədən, gözlırini həsrətlə və əbədi yummuşdur.

Məşhur adamların həyatından - Mirzə Ələkbər Sabir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz