» » 13 aprel Pərvin balanın doğum günüdür

13 aprel Pərvin balanın doğum günüdür

13 aprel  Pərvin balanın doğum günüdür

Pərvin 13 aprel 2003-cu ildə Samaxı rayonunun Həmyə kəndində anadan olmuşdur. İlk dəfə məktəbə 2009-cu ildə Abseron Rayon Masazır kəndində getmiş, 3 nömrəli tam orta məktəbə oxumusdur. Musiqiyə 2012 -ci ildən maraq göstərmiş, tar sinfinə qəbul olunmuşdur. İlk müəllimi Mübariz Pasayev olub, Mübariz müəllim Pərvinlə məşğul olduğu 3 il ərzində Pərvinin qəlbinə, ruhuna tar sevgisi, musiqi yanğısı sala bilib. Pərvin də Mübariz müəllimin ümidlərini doğruldub. O, 2013 və 2014-cü illərdə iki il dalbadal Milli musiqi alətləri ifaçıları və xanəndələrinin Bülbül adına I və II Respublika müsabiqəsində uğurla çıxış edərək hər iki müsabiqənin laureatı və II dərəcəli Diplomuna layiq görülmüşdür. Pəvin daha sonra imtahan verərək Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar şöbəsinə qəbul olunmuşdur. 
Şamaxı şəhər İncəsənət mərkəzində 1 saatlıq sola konserti təşkil olunub. Və sənət dünyasına sənətin özü qəadər incə, xəfif, amma inamlı addımlarla addımlamaqdadır Pərviz bala.

13 aprel  Pərvin balanın doğum günüdür

Pərviz bala çox ağıllı və şirin baladır. Yaşının az olmasına baxmayaraq, hədəf seçməyi, onun uğrunda şüurlu olaraq əmək sərf etməyi, məsuliyyət daşımağı bilir. 13 yaşlı uşaqlar asudə vaxtlarında oyunla olmağı, adətən, məşğuliyyət seçirlər. Amma Pərvin bala, dərs, sonra da canı qədər sevdiyi tarı sinəsinə basıb
məşqlərə tələsir, çəkilişlərə tələsir və s. intenet vasitəsilə arada əlaqə saxlayırıq. Səhifəsində, adətən, atası olur. Ğzüylə danəşanda da ədəb-ərkənına "maşallah" deyirəm. Allah qorusun balalarımızı.
Onun belə həyat yolunda ilk tar müəlliminin, Şamaxı Musiqi Mərkəzinin, hər bir müəllimin haqq-sayı var. Ana və uşaq.az saytı olaraq uşaqlarımıza bu cür qayğı göstərən hər bir kəsə təşəkkür edirik.

13 aprel  Pərvin balanın doğum günüdür

Pərvinin ilk ümidli addımları, şübhəsiz ki, nəzərdən qaçamayıq. Bu balaca "sənətkar"ın çıxışlarını artıq görkəmli sənətkarlarımız dinləyiblər, tövsiyə və məsləhətlərini veriblər. Respublikamızın Xalq artistləri, ustad tazənlər: Azərbaycan Milli konservatoriyasının professoru Mohlət Müslimov, Xalq artistlərindən Ramiz Quliyev, Ağasəlim Abdullayev, Göyçay Uşaq Musiqi məktəbinun direktoru, Azərbaycanın tanınmış tar ifaçısı rövşən Zamanov; muğam ustaları, Xalq artistlərindən Canəli Əkbərov, Süleyman Abdullayev, Alim Qasımov, mənsum İbrahimov; Azərbaycan Milli konservatoriyasınn dosenti Zabit Nəbizadə, Əməkdar artist Zakir Əliyev, gənc muğam ustası Abgül Mirzəliyev və daha kimlər Pərvinin sənət sevgisinə bir çınqa da od əlavə ediblər. İnşallah, daha nur paylayar Pərvin bala.
Pərvin bala, doğum günün mübarək. Ana və uşaq.az saytı adından sənin valideynlərini təbrik edirik, müəllimlərini təbrik edirik. Sənə cansağlığı, uzun ömür, böyük səhnələr arzulayırıq. Ümid edirik ki, sən yaxın gələcəkdə tarımızı, Azərbaycan musiqisiniistər ölkəmizdə, istər onun hüdudlarından uzaqlarda uğurla təmsil edəcəksən.

13 aprel  Pərvin balanın doğum günüdür

13 aprel  Pərvin balanın doğum günüdür

13 aprel  Pərvin balanın doğum günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz