» » Ötən illərin mahnılarından

Ötən illərin mahnılarından

Qonşu qız

Sözləri:
Hüseyn Arif
Musiqisi: Ələkbər Tağıyev

 

Ötən illərin mahnılarından 


Uşaqkən oynardıq, biz bir bağçada,
Əsla, yorğunluğu salmazdıq yada.
Dolaşıb yanaşı çəmənlikləri,
Həvəslə toplardıq tər çiçəkləri,
Doğanda səhər, çıxardıq evdən,
Həm sən, həm də mən, qonşu qız.

Açanda güllər, qaçardıq çölə
Verib əl-ələ, qonşu qız…
Qəlbimin həmdəmi sən idin,
Niyə məndən küsüb incidin?
Yanıma gələrdin, hər məni görəndə,
Əlvan çiçəklərdən dəstələr hörəndə,
Onu əlimdən alıb qaçardın,
Quştək uçardın, qonşu qız.

Bu əhvalatlar soruşma nədir?
Xoş xatirədir, qonşu qız...
Biz də yaşa dolduq, keçdikcə illər,
Nə tez varaqlanıb ötdü fəsillər,
Uşaqlıq anları qaldı arxada,
Arabir düşünüb salıram yada.
Gəl əvvəlki tək biz gülə-gülə,
Verək əl-ələ, qonşu qız…

Atmaq istərəm bugün qəlbimdən,
Keçən sözümə qonşu qız…

Asudə idin düşdün əcəb zəhmətə, könlüm, (x2)
Pozdu səni sevda bu qədər möhnətə, könlüm,
Yar ilə deyib-güldüyün anlar necə oldu?
Həsrət qoyub hicran səni bir söhbətə, könlüm.
Nadanlara baş əymə, əgər getsə həyatın,(x2)
Dəyməz bu cahanın varı bir minnətə, könlüm.

Qəlbimin həmdəmi sən idin
Niyə məndən küsüb,incidin?
Yanıma gələrdin, hər məni görəndə,
Əlvan çiçəklərdən dəstələr hörəndə,
Onu əlimdən alıb qaçardın,
Quştək uçardın, qonşu qız.
Bu əhvalatlar soruşma nədir?
Xoş xatirədir, qonşu qız...
Ötən illərin mahnılarından

İndiki gənclərə şən bir ovqatda səslənim: baxın bir,  ötən  illərin  mahnılarına. Dinləyin, amma ədalətli münsif olun. Deyin ki, bu mahnılar analarımızın, nənələrimizin oxuduğu bayatılar/laylalar qədər həzin, həyat dolu, şirin və mükəmməldir. 
 Çünki ötən illərin sevgi sərhədləri, gözəllik ölçüləri  saflanıb, durulanıb etalon halına gəlmişdi.  Hər bir əxlaqi münasibət üçün cəmiyyət, xalq qarşısında  şüurlu bir  cavabdehlik vardı: Bütün rayon mərkəzlərində və qəsəbələrində, eləcə də hər  bir kənddə  qızı da, oğulu da aqillər, ağbirçəklər  pis əməllərdən, pis nəfislərdən, pis baxışlardan qoruyardılar.  Və  hansısa bir  məhəllədə  hansısa bir ailənin qızı  qoruyurdunsa, hardasa, hansısa  bir ailənin gələcək gəlini qorunurdu. Məktəb qoruyurdu, kitabxana qoruyurdu, radio qoruyurdu, televiziya qoruyurdu.
Şair qoruyurdu, bəstəkar qoruyurdu, müğənni qoruyurdu. Qızın pzü qoruyurdu, gəncin özü qoruyurdu.
Necə? İstər "Qonşu qız” mahnısı, istərsə də digərləri ("Səni qəmli görəndə”, "Sən güləndə”, "O, körpəmin anasıdır” və s.) 3 böyük sənət adamının birgə səyləri ilə yaranardı. Əbülfət Əliyev , Süleyman Abdullayev, Zeynəb Xanlarova şou mahnısı oxumayacaqdı ki.
"O, körpəmin anasıdır” mahısının sözlərini böyük şair Qasım Qasımzadə yazıb, Allah ona da, bəstəkarına da, Əbülfət Əliyevə də qəni-qəni rəhmət etsin. Bəstəkarı mənə ali məktəbdə psixologiyadan dərs deyib, həm də həvəskar bəstəkar idi: Hacıbaba Həsənov. Bir mahnının sözlərinə baxın:


 

O, körpəmin anasıdır

Sözləri: Qasım Qasımzadə
Musiqisi: Hacıbaba Həsənov
 

Ötən illərin mahnılarından

 

Könlüm düşdü diyar-diyar

Bir kəkliyin sorağına,

Ha yalvardım, o qonmadı

Məhəbbətin budağına.

 

Meyl etmədim bir gözələ,

Sədaqətim düşdü dilə.

Mən and içdim ildən-ilə

İlk eşqimin növrağına.

 

Bir gün yenə onu gördüm,

Dilə gəldi həmin dərdim.

Bir dəstə gül-çiçək verdim,

O, almadı qucağına.

 

Əllərimdə gülüm soldu,

Riqqətimdən gözüm doldu.

Sinəm başı hədəf oldu

O dilbərin bu dağına.

 

Sanma könül sınasıdır,

Kərəm olub yanasıdır.

O, körpəmin anasıdır,

Vurulmuşam bu çağına.


Belə mahnıların labirintinə düşən ürəklər sevgiləri cır ola bilməzdi. Sevən də, sevilən də əlbərttə, ağılla, ürəklə sevəcəkdilər. Bu mahnılar sevəni də, seviləni də binanın arxasına çağırmayacaqdı ki, avtobusda böyük-kiçik gözləmədən əza hərisliyinə vadar etməyəcəkdi ki...Bir az tünd oldusa, bağışlayın. Amma gerçəyi bu idi. O vaxt pisi olduğu kimi, indi də yaxşılar da var. Kim yaxşısı ilə öyünməməlidir ki?! Əsl həqiqət budur ki, musiqi mədəniyyətimizin repertuarı çox cılızlaşıb...kim istəsə şeir yazıb, mahnı bəstələyə bilir, disk buraxa bilir, ekrana, efirə çıxa bilir.
Gənclərimiz arasında maarifləndirməyə çox ehtiyac var. Bu maarifləndirmə koordinasiya olunmalıdır, sistemlə aparılmalıdır.
Həyatımızda getdikcə elə hadisələr, utanc hərəkətlər baş verir ki, adam söz tapmır deməyə. Bəs bizim hörmətli pedaqoqlarımız, alimlərimiz, mədəniyyət və sənət xadimlərimiz niyə belə seyrçi olmalıdırlar ki?
Axı baş verən xoşagəlməz hadisələr daha çox mənəvi kasadlıqdan, estetik zövqsüzlükdən baş qaldırır. Axı estetik hissə malik olmayan, sevginin cövhərini dərk etməyən bir gənc ona ancaq cismani yaxınlıq üçün bir vasitə imi baxacaq.
Fəqət, "Qonşunun qızı” və sair adlarını çəkdiyim mahnılar bizi gözəl eşqdən, onu gözəl ifadə etməkdən ayrı düşməyə heç qoymaz.

Ötən illərin mahnılarından

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz