» » Yeməkləri keyfiyyətli saxlamaq üçün ən doğru qaydalar

Yeməkləri keyfiyyətli saxlamaq üçün ən doğru qaydalar

Müəllif: Samirə от 4-11-2016, 14:06
                   Yeməkləri keyfiyyətli saxlamaq üçün ən doğru qaydalar
Hansınız soyuducunun ynıa zibil torbasını qoyub xarab olanları bir-bir ora atmamışdır? Çürüyənləri "Vayyy---heyif oldu" deyə iç çəkərək...Verilən pulamı kədərlənməli, qollrımızı ağırlığa salaraq  daşıdığımız torbalaramı? Aylar əvvəl dondurucunun dərinliyinə  qoyulanımı bişirib yeməli, üzü kif tutmuş pendiri  atmalımı və s. bu tipli suallar  həmişə evdar qadınları narahat etmişdir. "Ana və Uşaq" qadınlarımıza yeməkləri daha uzun müddət  təzə qalmasını təmin edəcək  üsullar və  nə qədər müddətə qədər yeyilməsi  lazım olduğu iə  əlaqədar üsulları təadim edir. Buradakı təkliflərə diqqət etsəniz,  həm ərzaqlarını qoruyacaqsınız, həm də ailə  büdcənizə dəstək olacaqsınız.

Yeməkləri keyfiyyətli saxlamaq üçün ən doğru qaydalar

Süd, qatıq

* Südü soyuducunun iç rəflərində saxlayın. Şkaf qapağında saxlanan şeylər, qapağı hər açdığınızda isti hava ilə təmas edir və daha tez xarab olur. Son istifadə tarixi nə olursa- olsun, süd qutusunu açdıqdan sonra ən çox 3 gün içində istifadə etməlisiniz.
* Dondurmanız soyuducunun dondurucusunda 2-4 ay müddətlə təzə qala bilər.
* Qatıq alındıqdan sonra ən çox 7 gün içində qəbul edilməlidir.
* Kərə yağını hava almayacaq şəkildə, ağzı möhkəm bağlı plastik qabda və ya mətbəx plastiki ilə bağlayıb soyuducuda 1 ay, dondurucuda 6 ay boyunca xarab olmadan saxlaya bilərsiniz.
 
Pendirlər

* Bərk pendirlər hava almayacaq şəkildə möhkəm sarılıb soyuducuda 3-4 həftə təzəliyini itirmədən dayana bilər.
* Pendir kiflənmişdirsə, 1-2 sm. qalınlığında kifli bölgəni kəsib yaxşıca təmizlədikdən sonra yeməkdə bir qorxu yoxdur.
* Təzə holland pendiri, tel pendiri kimi pendirlər paket açıldıqdan 3-4 həftə, krem pendirlər 2 həftə boyunca soyuducuda təzəliyini qoruyur.

Yeməkləri keyfiyyətli saxlamaq üçün ən doğru qaydalar


Balıqlar və digər dəniz məhsulları


* Dəniz məhsullarının müddəti bitirmədən əvvəl satın almalısınız və ən çox 2 gün içində istehlak etməlisiniz.
* Təzə dəniz məhsulları hava keçirməz, qapaqlı, sıx möhürlənmiş bir qab içində soyuducuda ən çox iki gün saxlanıla bilər.
* Aldığınız dondurulmuş dəniz məhsullarını evə gələr-gəlməz orijinal qablaşdırmada dərin dondurucuya qoyun. İstifadə zamanı donu soyuq su altında ya da mikrodalğalı sobada açıla bilər.
* Son istifadə etmə tarixi keçən dondurulmuş məhsulları qətiliklə yeməyin. Əks halda bu yeməklər zəhərlənməyə səbəb ola bilər.

Yeməkləri keyfiyyətli saxlamaq üçün ən doğru qaydalar

 

Tərəvəzlər və meyvələr

* Meyvələri əvvəlcədən deyil, yediyiniz zaman yuyun. Çünki nəm çürüməni sürətləndirir.
* Meyvə və tərəvəzləri birlikdə saxlamayın. Çünki bəzi meyvələr etilen qazı istehsal edir və bu da yanındakı tərəvəzlərin daha tez xarab olmasına səbəb olur.
* Tərəvəz və meyvələri dəlikli qabların içində soyuducuda saxlaya bilərsiniz.
* Bir çox meyvə və tərəvəzin soyuducuda saxlanması lazımdır. Ancaq bəzilərinin otaq istiliyində qalması daha yaxşıdır. Pomidor, kartof, sarımsaq, soğan soyuducuya qoyulmaması lazım olan tərəvəzlərdir. Bu tərəvəz və meyvələr hava keçirən dəlikli qablarda, birbaşa günəş işığı almayan bir yerdə saxlanılmalıdır.
* Aldığınız bananları 2-3 gün içində yeməyəcəksinizsə, soyuducuda saxlayın. Qabıqları qaralsa da içi daha uzun müddət bərk qalacaq.
* Göbələkləri kağız torbada soyuducuya qoyun. Hava keçirməz bir qab içində saxlamaq nəmlənməsini və pörsüməsinə səbəb olur.

Yeməkləri keyfiyyətli saxlamaq üçün ən doğru qaydalar

 

Ətlər

* Alver edərkən ən sonda ətləri satın alın. Ət sularının digər yeməklərə yoluxmaması üçün mütləq ayrı bir paketə qoyun.
* Ətləri soyuducunun ən soyuq hissəsində 2 ilə 4 dərəcə arasında saxlayın. Çiy ətləri bir qaba qoyduqdan sonra plastik bir paket içinə qoyun ki, suları axıb digər yeməklərə bulaşmasın. Əgər əti aldıqdan sonra 1-2 gün içində istifadə etməyəcəksinizsə, ət paketini bir dəfə də alüminium folqaya ( ancaq ət alüminium folqa ilə təmas etməməlidir) büküb dondurucu hissəyə qoyun və üzərinə paketlədiyiniz tarixi yazın.
* Ət paketlərinin üzərinə yazılan saxlama vaxtına diqqət edin. Əgər soyuducuya nə zaman qoyduğunuzu xatırlamırsınızsa, düşünmədən onun istifadəsindən imtina edin!
* Qırmızı çiy ət soyuducuda ən çox 3-4 gün qalır. Kolbasa və sosis paketi açıldıqdan sonra 5 gün, hisə verilmiş ətlər 1 həftə qala bilər.
* Qırmızı ət buzluqda 6-12 ay, kolbasa və sosislər 1-2 ay saxlanıla bilər. Hisə verilmiş ətləri dondurmaq çox da yaxşı bir fikir deyil.
* Aldığınız qiymənin hamısını istifadə etməyəcəksinizsə, qovurub kiçik qablara bölərək buzluqda saxlaya bilərsiniz. Hətta soğanla qovursanız, yemək bişirəcəyiniz zaman sizə çox vaxt qazandıracaq.
* Əgər dondurmayacaqsınızsa, toyuğu istifadə tarixindən əvvəl istehlak etməlisiniz.
* Bişmiş hinduşka və ya toyuq əti 3-4 gün içində istehlak olunmalı ya da dondurulmalıdır. Toyuq və hinduşka əti buzxanada 9-12 aya qədər saxlanıla bilər.

Yeməkləri keyfiyyətli saxlamaq üçün ən doğru qaydalar

 

Elektriklər kəsilərsə: Elektrik kəsildiyində soyuducuda yeməklərin istiləşməsini, buzluğun isə əriməsini gecikdirmək üçün soyuducunun qapaqlarını bağlı saxlamalısınız. Soyuducu qapağı açılmadan yeməkləri 4 saat soyuq tuta bilərsiniz. Buzxananın içi tamamilə dolu ikən 48 saat, yarı doluykən 24 saata qədər içindəkiləri donmuş saxlaya bilər. Buzlar ərimişdirsə içəridəki yeməkləri bir an əvvəl istifadə edin.

Yumurta:
Yumurta alarkən son istifadə tarixinə diqqət yetirin. Orijinal paketinin içindəki yumurtaları soyuducunun orta və ya alt rəfində saxlayın. Alt rəflərdə istilik üst rəflərə görə daha az dəyişir. Yumurtalar soyuducuda 3 həftə qədər təzə qalır. Bərk bişmiş yumurta qabığı soyulmadan 1 həftə, yumurta ağı 4 gün, yumurta sarısı isə möhkəm bağlı bir qabda 2 gün müddətində soyuducuda saxlanıla bilər.

Yeməkləri keyfiyyətli saxlamaq üçün ən doğru qaydalar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0