» » Gözəl burun kiçik burun demək deyil

Gözəl burun kiçik burun demək deyil

Müəllif: Samirə от 4-11-2016, 13:58

Gözəl burun kiçik burun demək deyil

Hər il xarici görünüşünü daha da gözəlləşdirmək istəyən minlərlə insan müxtəlif kosmetik əməliyyatlara üz tuturlar. Belə əməliyyatların arasında burun əməliyyatları da tez-tez rast gəlinən əməliyyatlardan hesab olunur. Bəzi insanların bir qisminin anadangəlmə burun qüsurları olur, bəziləri hansıs bir qəza və yaxud xəstəlik nəticəsində belə qüsurlar qazanır. Onlar həm rahat nəfəs ala bilmir, həm də eybəcər olduqlarını güman edib hər zaman sıxıntı keçirirlər. Əlbəttə, müair tibbin nailiyyətləri belə qüsurları aradan qaldırmağa qadirdir. Estetik burun əməliyyatları bütün dünyada olduğu kimi Azərbaycanda da çox uğurla aparılır və artıq Azərbaycanın özünün də bu sahə üzrə tanınmış mütəxəssisləri vardır.
Bəlkə də "burundur da, bir balaca ət parçası” deyib, onun vücudumuzdakı, həmçinin həyatımızdakı yerini də balaca görürük. Fəqət, belə deyil. Burun nə qədər kiçik olsa da, çox ciddi təcrübə tələb edir, bədii yanaşma tələb edir, məsuliyyət və diqqət təlb edir.Çünki burun da çox əhəmiyyətli bir orqandır: nəfəs alıb-verməmiz üçün, qoxu hiss etməmiz üçün. Həm də burun insan sifətinin mərkəzində yerləşdiyi üçün onun səciyyəvi xüsusiyyətlərini əks etdirəın, büruzə verən bir bədən üzvüdür.

Gözəl burun kiçik burun demək deyil

Tibbi nöqteyi-nəzərdən yaxşı nəfəs ala bilmayən, iyi də yaxşı hiss etməyəcək və beləliklə, dadı da yaxşı almayacaq.
Sağlam nəfəs almağımız sağlam burun quruluşu ilə birbaşa əlaqədrdır. Digər tərəfdən, burun nəfəs prosesində qoruyucu bir missiya yerinə yetirir: udduğumuz havanın nəmləndirilməsi, qızdırılması, hava ilə qarışıb burnumuza daxil olan toz və digər cisimcikləri filtrizasiya edərək içəri daxil olmasında əngəl olur. tutulması burun sayəsində olur. Qoxu alma duyğusu burnumuz sayəsində baş verir. Udduğumuz hava yaşamımızı, səsimizin davamlılığını müəyyən edir, psiki durumumuzu sabitləşdirir və s.
Yuxarıda söylədiyimiz səbəblərdən hər kəsin öz sağlamlığı qeydinə qalması, təbii ki, müsbət haldır, şəxsin diqqətli olmasından xəbər verir.
Funksional burun əməliyyatlarının edilməsini şərtləndirən 2-ci bir mühüm səbəb də estetik amildir.
Və əslində, bizi bu yazını yazmağa sövq edən məsələnin, məhz bu tərəfi oldu.
İnsanların gözəl görünmık istəyi də başadüşüləndir, təbiidir. Bu cür əməliyyatlar təkcə gözəl görünmək məqsədilə deyil, həm də qüsuru aradan qaldırmaq məqsədilə də edilir: bu addımı qadın da atır, kişi də.

Gözəl burun kiçik burun demək deyil

Gözəl burun balaca burun sahibi olmaq demək deyil.
Yuxarıda qeyd etdiyimiz kimi, burun sifətin düz mərkəzində olduğu üçün sifətin simmetriyasını tamamlamalıdır, başqa sözlə, burun qarşıdan, altdan, üstdən – hər yerdən gözəl görünməlidir.Qoy bunları planlaşdırsınlar, estetik təbabət mütəxəssisləri müxtəlif görünüşlərdən gözəlləşmək istəyənin fotolarını çəkib, uyğun variantı birlikdə seçsinlər. Bizsə, məsələyə bir başqa baxışdan yanaşmaq istərdik və fikirlərimizi ümumi müzakirə mövzusu kimi oxucularımızın ifadəsinə buraxırıq.
Funksional burun estetikanın məqsədi, burunun forması, böyüklüyü və ümumi mənzərəsində dəyişikliklər edilərək burnu yüz ilə uyğun, təbii olaraq xoş görünən, sağlam nəfəs ala bilən bir hala gətirmək olmalıdır, bunu bildik.

Gözəl burun kiçik burun demək deyil

Bəs, burnu uzun olan və ya yöndəmsiz olan, belə deyək, bir oğlnımızı, qızımızı buraxmalıylqmı özlərinə qapılsın?
Bəs burnu uzun olan qızı burnu uzun olmayan oğlan sevməməlidirmi?Bəs burnuuzun olan oğlana burnu zərif olan qız sevgi bəxş etsə,Ş "hə” desə, dünyamı dağılacaq?
Doğrudanmı burnu uzun qız, çözü çəp qız xoşbəxtlik bəxş edə bilməzmi?
Lap olsun dostluq münasibətləri: burnu nazik qız burnu uzun olan qızla rəfiqəlik edə bilməzmi: burnu bir qədər böyük olan oğlanla şəkil çəkdirməkdən qaçmaqmı lazımdır, onun əyləşdiyi stolda əyləşilməməlidirmi və s.
Burnu, əli barmaqları, kirpikləri incədən-incə, bədən mütənasibliyi də ki, dürüst, tam...Onda belə çıxır ki, sevdiyi oğlanı, ərə getdiyi oğlanı ancaq belə gözəllər xoşbəxt edə bilər?!

Gözəl burun kiçik burun demək deyil

Məni qınamayın, dostların acığına da getməsin. Arzu olunandır ki, bir oğlumuz, qızımız, lap bütün gənclərimiz həm gözəl olsun, həm də bir dostu, bir sevgini tam xoşnud etsin. Belə nümunələr azdır. Amma
"hər gözəlin bir eybi var” , heç "bir gül yaradıbmı tikansız bu təbiət? Aqillər də boylə görüb nəticəyə gəlmişdir:
Lakin xəzinələr olmaz ilansız,
Yoxdur bu dünyada bir gül tikansız...

(Nizami Gəncəvi "Leyli və Məcnun)”

Mən elə gördüm ki, gördüyümüz hər nə var, tam olsa, həddindən çox olsa , öz əksinə çevrilir.
Bunun əksi də var ha: qızlar da var, oğlanlar da var dəyərləndirməyi əxlaqi keyfiyyətlərdən götürsək, onlar da hər şey gözəldir: istiqanlıdır bu gənclər, mülayimdir, şəfqətlidir, anlayışlıdır, uçaboyludur, cəsarətlidir, təhsillidir, fantaziyası demə daha, sanki "çırpınırdı Qara dəniz”, çörək qazanmağı bacarır,” onun arabası var” və yaxud qızın valideynləri hədiyyə edirlər, çatışmayan bircə burnunun İrəm Dəriçinin burnuna oxşamasıdır.

Gözəl burun kiçik burun demək deyil

 


Bu gün İrəm sənəti ilə çoxlu pərəstişkar qazanıb, kimsə onun zahiri görkəminə görə pərəstişkarına çevrilməyib ki, sənətinə ehtiram bəsləyib. Amma kimlər İrəmə belə yanaşırsa ki, İrəmin belə problemi var, bu, doğru yanaşma deyil. Adamın içi işıqlı olanda, əkslik-filan gözə görünməz. Adamın işi işıqlı olanda o, burunun balacalığın, vücudun əndamlı olmasını axtarmır ki... Adamın işi işıqlı olanda o, özü para olur, parasını tapanda onun bütün düçündükləri cəhətlər gəlib boyaboy bunu üstündə oturur. Ola bilər ki, hansınınsa gözündə bir balaca çəplik olsun. Amma bunlar ölçü kriteriyasında yoxdur. Adam özünün parasın tapmaq istəyəndə, burun axtarmır ki, ucaboy axtarmır ki, artıq çəki axtarmır ki, bunlar 4-cü, 5-ci, 6-cı, ...n-ci dərəcəli səbəblərdir.
Sevgi deyilən hisdə boy, buxun, gözəllik, burun, qulaq, barmaq, ayaq gözəlliyi aranırsa, bu sevgi deyil artıq.. Sevən duyğu axtarar, sədaqət, vəfa axtarar, bağlılıq axtrar, ünsiyyət axtarar, əqidə-məfkurə axtarar. Hansı burun gözəldir sualına gəlincə, guya hər birimizin dünyanı ən gözəl burunlusunu sevmişik? Guya bizdən gözəl burunlu yoxdur? Var, lap çox. Fəqət, biz sevdiyimizin burnunu gözəl görməyi bacaranda bizə estetik gözəllik ölçüləri lazım gəlməyib. Təki gözəl görmək istəyin, təki gözəl görməyi bacarın...
 

Gözəl burun kiçik burun demək deyil

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz