» » İnam və etiqadlara aid deyimlər

İnam və etiqadlara aid deyimlər

Müəllif: Samirə от 2-11-2016, 11:06

İnam və etiqadlara aid deyimlər

Gəlin (qadın) hamilə olarkən aya baxarsa oğlu, günə baxarsa qızı olar.

İnam və etiqadlara aid deyimlər

Gəlin (qadın) uşağı olanda, ilk südünü sağıb uşağının üzünə yaxsa o uşaq dünyanın ən gözəli olar.
İnam və etiqadlara aid deyimlər 
Gəlinin ilk uşağının bələyindən bir parça əski, uşağı olmayan qadının başının altına və ya qarın nahiyəsinə qoyulsa, onun uşağı olar.

İnam və etiqadlara aid deyimlər

Uşağı olmayan gəlinə çoxuşaqlı ananın ilk paltarmı geydirsən, uşağa qalar.

İnam və etiqadlara aid deyimlər

Uşağı olmayan gəlinin təzə ərə gedən gəlinə yengə olması məsləhət deyil. Əks halda təzəgəlinin də uşağı olmaz.

İnam və etiqadlara aid deyimlər

Toy gecəsi təzə gəlin, bəy uzanarkən əllərini boynunun arxasında çarpazlasalar baxtları bağlanır, uşaqları olmaz.

İnam və etiqadlara aid deyimlər

Təzə gəlin evə gəldikdən sonra əli qoynunda gözü yol çəkərsə, o evə bədbəxtlik gələr.

İnam və etiqadlara aid deyimlər

Təzə gəlin evə gəldikdən sonra baş və şəhadət barmağını çənə və alt dodağına dayamağa adət edərsə, o ailəyə bədbəxtlik üz verər.

İnam və etiqadlara aid deyimlər

Təzə gəlin evə gəldikdən sonra tez-tez əsnəsə, o ev (ailə) həmişə kasıb olar, ehtiyac içərisində yaşayar.

İnam və etiqadlara aid deyimlər

Toy gecəsi gəlinin (və ya bəyin) ilk tikəsi əlindən dü- şərsə bədbəxtlik, səhər düşərsə xoşbəxtlik gətirər.

İnam və etiqadlara aid deyimlər 

Körpə uşağın yüyrüyünün (beşiyinin, nənnisinin) altına soğan, sarımsaq qoyularsa, o uşağın böyüyəndə ağzı pis qoxuyar. 

İnam və etiqadlara aid deyimlər 

Beşiyinin altına bibər (acı şey) qoyularsa, o uşaq böyüyəndə acıdil, şirin şey qoyularsa, dili, danışığı, sözü, söhbəti şirin olar.

İnam və etiqadlara aid deyimlər

Gəlin ilk hamilə günlərində yuxusunda ox, nizə, tü- fəng, xəncər, bıçaq, qılınc, görsə oğlu, iynə, cəhrə, güzgü, daraq görsə qızı olar.

İnam və etiqadlara aid deyimlər

Uşaq anadan olanda, əgər ana öz saçı ilə körpəsinin başını gəndəlaş çiçəyinin qaynadılmış suyu ilə yusa, onun başına tük gələr.

İnam və etiqadlara aid deyimlər

Hər hansı adamın (oğlan, qız, kişi, qadın, qoca, qarı) baş tükündən və paltarından bir parça götürüb düyünləyib quyuya və ya xəlvəti yerə atılarsa, o adamın bəxti bağlanar, ömrü gödələr, işi hər yerdə düyünə düşər. Başı şərdən açılmaz. 

İnam və etiqadlara aid deyimlər 

Müəllif:
Nübar Həkimova; folklorşünas
Mənbə kimi baxın: "Azərbaycan xalqının ənənəvi bilikləri" - Bakı- 2011

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz