» » Ölülər üçün festval - Meksikada

Ölülər üçün festval - Meksikada

Ölülər üçün festval - Meksikada

1 noyabr Meksikada - Ölülər Günü kimi qeyd olunur: festival kimi.
Ölən şəxsin dostlarının, yaxınlarının və ailələlərin bir araya gələrək əzizlərini yad və dua etməsi üzərində qurulan bu hadisə hər il 31 oktyabr gecəsində başlayır: 1 və 2 noyabr günləri daxi olmaqla 2 gün davam edir.
Bu mərasimin kökləri asteklərə uzanıb gedir.
Aztek ölüm ilahəsi Miktlana həsr olunmuş bir təbrik kimi başlayan ənənədir, bütpərəstlik etiqadının əsaslarına söykənir.
Meksikalılara görə həyat bir dairədir. Ölüm bir şeyin sonu deyil. Ölülər hələ də kainatın bir hissəsidir. İnanca görə həqiqi ölüm unudulanda olur. Elə bu festivalların məqsədi də ölənlərin unudulmamasını təmin etməkdir.
Həm də əyləncəli bir gündür. Bu gün insanların ölmüş olan sevdikləri ilə bir arada olduğu bir gündür. Bu günün ərəfəsində evlərdə ölüləri üçün süfrələr hazırlayan insanlar, onu çiçəklərlə bəzəyirlər. Adətən, sarı məxmər çiçəyi seçilir.
 
Ölülər üçün festval - Meksikada

Ölülər üçün festval - Meksikada
Süfrələrə bol miqdarda yeyinti, içki qoyulur. Bu yeməklərin başında bu günə xüsusi hazırlaşan "pa də muertos" adı verilən çörək olur. Şamlar və dini əşyalarla bərabər, şəkər və şokoladlar da olur.
Evdəki hazırlıqlar bitincə, insanlar qəbiristanlığa gedir və orada da eyni şəkildə bəzəyir. Adətən, insanlar gecə məzar başında, ölülərinin sevdikləri yeməklərlə piknik edərək və onların ruhlarına badə qaldırırlar. Bir müddət sonra musiqiçilər də qəbiristanlığa gəlir. Sanki bir karnavaldır. Çünki insanlar üzlərini boyayır, özlərini karnaval əhvali-ruhiyyəsinə gətirirlər.

Ölülər üçün festval - Meksikada
Ölülər üçün görülən hazırlıqlar əslində bir qonaq üçün aparılan hazırlıqları xatırladır. Bunun səbəbi o günlərdə ölülərin yaşayanları səfərə gəldiyinə və ölülərin xatırlandıqca yaşayacağına olan inancdır.
Cadugərlər bayramlarından fərqli olaraq blə festivallarda qorxutma məqsədi yoxdur. Burada olan skeletlər isə, sadəcə, ölmüşləri təmsil edər.
P.S: Hesab edirım ki, insan ölümdən qorxmamalıdır. Bu qədər sorğu-suallı, mübarizəli-müharibəli həyatdan qorxmayıb, min illər- milyon illər əbədi yuxuda olacağımız ölümdən niyə qorxmalıyıq ki. Əksinə, ölümün yaratdığı assosiativlik bizi həyata möhkəm-möhkəm bağlamalı və biz qalan ömrümüzü daha şən və mənalı yaşamalıyıq.
 Qeyd: Yazı internet məlumatları və tərcümə yolu ilə hazırlanmışdır.

Ölülər üçün festval - Meksikada 

Ölülər üçün festval - Meksikada 

Ölülər üçün festval - Meksikada 

Ölülər üçün festval - Meksikada 

Ölülər üçün festval - Meksikada 

Ölülər üçün festval - Meksikada

Ölülər üçün festval - Meksikada

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz