» » Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (I yazı)

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (I yazı)


Bataqlıq zanbağı – şorba, balıq, bulyon, souz, xörək şirəsində, ağ və qırmızı kələmin, yağlı ət qızartmalarında, kartof və tərəvəz qızartmalarında ədviyyat qatışığı kimi istifadə olunur. Bu, şirin xörəklərin, meyvə suplarının və salatların tamını yaxşılaşdırır.

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (I yazı)

Cirə – müxtəlif piroqların, baldan hazırlanan peçenye, şirin qoğal, şirin cirə, keks, milad peçenye, qatı süd supunun, yulaf sıyığı, düyüdən hazırlanan şirin xörəklərin, kükü, meyvə salatların, krem və tortların tərkibinə qatılır. Cirə həmçinin çuğundur, qırmızı baş kələmin, xiyar, kök, meyvə kompotlarının tərkibinə də əlavə edilir.
Reyhan – tərəvəzdən hazırlanan bütün xörəklərin – paxla, lobya, maş, noxud, turş kələm, tomatdan hazırlanmış xörəklərin, konservaya qoyulmuş xiyar, balqabaq, sup, xörək şirələrinin, ispanaq, küftə, qara ciyərdən hazırlanmış xörəklərin, kolbasa, donuz ətindən hazırlanmış kotletin, kəsmik,
yağ, omlet, salat, qoyun ətindən hazırlanmış xörəklərin, ətirli sirkələrin, makaron xörəklərin və s. məhsulların tərkibinə qatılır.

Vanil – şirin qənnadı məhsulların, bulkaların, çörəyin, peçenyenin, qoğalın, ruletin, vanil və şokoladdan hazırlanmış şirələrin, gavalı sıyığının, şirin yoqurd, kəsmiyin,tortların, konfetin, likör və s. tərkibinə qatılır.
Mixək – likörlərin hazırlanmasında, isti çaxırların, meyvə şirələrinin, kompotun, konservləşdirilmiş meyvələrin tərkibinə qatılır Bundan başqa turş kələmin, qırmızı kələmin, donuz və qoyun ətinin quş, qatı şirələrin, şorbaya qoyulmuş siyənək balığının hazırlanmasında istifadə olunur. Bundan
əlavə turşuya qoyulmuş göbələklərin, ət məhsullarının, paştetin (qiymə), balıq məhsullarının, şorbanın, kolbasanın tərkibinə daxil edilir.
Ağ və qara xardal – toxumlarından tərəvəz, göbələk, balıq konservlərinin, tərəvəz xörəklərinin, ağ və qırmızıbaş kələmdən hazırlanan xörəklərin, döyülmüş ət və supun, hazır xardaldan ədviyyat kimi ət, şorba salatların, mayonezin və müxtəlif ət məhsullarının tərkibinə qatılır.
Zəncəfil – quru peçenye, kükü, şirniyyatların, kompotların, konservləşdirilmiş balıqların, xiyarın, marmaladın, jelenin, şəkərləşdirilmiş meyvələrin, meyvə suplarının, düyüdən, quş, toyuq xörəklərinin, donuz qızartmalarının, doğranmış ətin, pendirin tammm yaxşılaşdırılmasında, balıq, toyuq və tərəvəz xörəklərinin tərkibinə qatılır.

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (I yazı)


Hil – milad və baldan hazırlanmış peçenyenin, piroq, kompot, meyvə xörəklərinin, sup, şorba, xörək şirəsinin, donuz, qoyun, quzu və doğranmış ətin, quş, qulyaş, dana ətindən hazırlanmış plovun, balıq qızartmasının, ət həlimlərinin tərkibinə qatılır.

Keşniş – salatların, düyü xörəklərinin, donuz qızartmalarının, kolbasa, balıq, şorba, və ya qulyaşın tərkibinə qatılır. Bundan başqa peçenye, baldan hazırlanan pryanikin, marsipanın (konfeti), bulka məhsulunun, eləcə də noxud, lobya, mərci, həmçinin kələmdən, çuğundurdan, alma püresinin, kök, toyuq içinin, paştet, toyuq və ov quşlarındanhazırlanmış xörəklərin tərkibinə qatılır.

Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar (I yazı)


Mənbə: Xörəklərin hazırlanmasında istifadə olunan ədviyyatlar  
Müəllif: Nübar Həkimova,  biologiya üzrə f.e. doktoru

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz