Molla Nəsrəddinin lətifələri
Müəllif: Vüsal от 26-10-2016, 08:02
İynə kimi axtarırılar
- Odu, odu...
Bir başqası deyir:
- Hanı? Yox, orda bir şey yoxdur.
Üçüncüsü deyir:
- Diqqətlə baxın, birdən olar ha...
Molla bunlardan birinə yanaşıb soruşur:
Belə diqqətlə nəyə baxırsınız?
Cavab verirlər ki:
- Aya.
Molla soruşur:
- Aya?
Deyirlər:
- Hə. Necə?
Molla deyir:
- Nə sarsaq adamlar var ey... Bizim kənddə adamlar araba çarxı boyda ayı görüb heç başlarını da çevirmirlər. Bunlar iynə kimi ayı axtarırılar.
Haqq-hesabımız qurtarsın
Bir gün axund minbərdə deyir ki:
- Hər kim aşura günü günortaya qədər oruc tutsa, yetmiş aylıq oruc savabı eləmiş olar.
Molla bunu eşidir. Həmin il aşura günü günortaya qədər oruc tutur. Ta o gündən sonra bir gün də olsun oruc tutmur.
Orucluq günlərinin birində Mollanın çörək yediyini görən bir nəfər soruşur:
-Molla, heç ayıb deyilmi ki, sən orucunu yeyirsən?
Mola deyir:
- Axundun sözünü eşitmədin? Mən aşura günü oruc tutmuşam. Bu eləyir yetmiş orucluq ayı. Bir ayını bu il yeyirəm, hələ altmış doqquz il də gərək orucumu yeyəm ki, Allah ilə haqq-hesabımız qurtarsın.
Yüz iyirmi ikisidir
Molla orucluqda günlərin hesabını düzgün saxlamaq üçün taxçaya balaca bir küpə qoyur. Hər gün səhər durub küpənin içinə bir noxud salır. Mollanın balaca qızı bunu görüb xoşuna gəlir. Bir gün atası gedəndən sonra küpəyə bir ovuc noxud tökür. Mollanın bu işdən xəbəri olmur. Bir gün qonşular gəlirlər Molanın yanına ki:
- Molla, sən bilərsən bu gün orucluğun neçəsidir?
Molla:
- Dayanın bu, saat!- deyib o biri otağa keçir, küpədəki noxudları boşaldıb saymağa başlayır. Baxır ki, yüz iyirmi iki dənədir. Fikirləşir ki, əyər mən bunun hamısını desəm mənə gülərlər, qoy barı heç olmasa yarısını deyim. Gəlib deyir:
- Bu gün orucluğun düz altmış biridir.
Deyirlər:
- Ay Milla, orucluq cəmi vur-tut 30 gündür, bu altmış biri haradan çıxartdın?
Molla ddeyir:
- Hələ mən yaxşı demişəm. Əgər iş küpədəki noxudlara qalsa, bu gün orucluğun düz yüz iyirmi ikisidir.
Sən alarsan.
- Bağışlayın, səhv eləmişəm. Mən daldan sizi yaxın dostlarımdan birinə oxşadıb zarafat üçün vurdum.
Molla bu hərəkətdən çox qəzəblənir, onu tutub qazının yanına aparır. Təsadüfən, bu da qazının yaxın adamlarından imiş. Qazı işi belə görüb bir fırıldaqla öz adamını Mollanın əlindən qurtarmaq istəyir. Dilini işə salıb deyir:
- O, səni bilməyib vurub Molla, əyər bağışlamırsansa, onda sən də ona bir şapalaq vur, qurtarsın getsin.
Molla razı olmur. Qazı deyir:
- Onda cərimə olaraq bu adam sənə 1 manat pul verməlidir.
Kişi yanında pul olmadığını deyir. Qazı pul gətirmək üçün onu evə göndərir və işarə ilə başa salır ki, daha gəlməsin.
Molla bir-iki saat gözləyir, görür kişi gəlmədi. İşi başa düşür. Durub qazıya yaxınlaşır ki:
- Qazı ağa, qanuna görə demək şillənin biri bir manatdır də...
Qazı "bəli" - deyə cavab verir. Molla qazının qulağının dibinə bir şax şillə qoyub deyir:
- Mənim onu gözləməyə vaxtım yoxdur. Gələndə bir manatı sən alarsan.
Sən gündə gəlirsən
Necə olursa, Molla biri ilə savaşır, onu tutub hakimin yanına aparırlar. Sən demə, bir neçə gün ondan qabaq da bir məsələ üçün Mollanı həmin hakimin yanına aparıblarmış. Hakim Mollanı görən kimi deyir:
- Molla, heç sənə ayıb deyilmi? Bununla ikinci dəfədir ki, sən bu divanxanaya gəlirsən.
Molla soruşur:
- Bu divanxanaya gələndə nə olur ki?..
Hakim deyir:
- Necə yani nə olur? Sən bilmirsən ki, buraya düz adam gəlməz?
Molla deyir:
- Balam, mən ömrümdə vur-tut ikicə dəfə buraya gəlmişəm. Sən elə gündə burdasan ki!..
Oxşar postlar:
- Oxunub: 3 091
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Yumor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar