» » Niyə "alo" deyirik?

Niyə "alo" deyirik?

Niyə "alo" deyirik?

"Alo"...."alo", "Bitanem”, işdən nə vaxt qayıdacaqsan? Səninçün səhər yeməyi hazırlığı görürəm. Sıyıq edimmi, alo... südlü sıyıq olsunmu?
Telefonun o biri başından da sevgilisi cavab verir:
- Alo, hə, canım, südünü bol edərsən. İşdən gələndə sənə şokoladlı dondurma alımmı, alo...?
Bu dialoq iki sevgilnin danışığındandır. Belə çıxır ki, bunların məhəbbətləri göylə gedir və hətta növbəti günün sıyığını da bir gün öncə hazırlayır, tədarükünü görürlər. Olsun... Təki, hamı bir-birinə "boyle” yarasın. Amma atəşin məhəbbət nümunəsi ilə ömür sürən bu sevgililər bir-birlərinə özgə sevgililərin etiketləri ilə müraciət edirlər, özü də Avropa "kültürü” ilə.
Bilirsinizmi, telefonu kim icad edib: Qrehem Bell.
Niyə "alo" deyirik?

Niyə "alo" deyirik?

"ALO" etiketi isə , əslində, telefonu icad edən Qrehemin sevgilisinin qısaldılmış adıdır: "Allessandra Lolita Oswaldo".
Qrehem Bell telefonu icad edəndə ilk xətti sevgilisinin evinə çəkmişdi. Emalatxanasında telefon çalanda axtaranın Allessandra Lolita Oswaldodan başqası olmayacağını bildiyindən Qrehem Bell, telefonu açar açmaz: "Allessandra Lolita Oswaldo" deyirmiş. Bell müəyyən vaxt keçəndən sonra sevgilisinə onun adını qısaldaraq xitab etməyə başlayıb və hər dəfə dəstəyi qaldıranda onu "Ala Lolos" deyə qarşılayırmış. Daha sonra Qrehem Bell sevgilisinin adını daha da qısaltdı və ona ikihecalı bir ad tapdı: "ALO", yəni, Allessandra Lolita Oswaldo, Amma Lolita getdikcə sevgilisinin özünü ixtiralara həsr edən, telefondan başqa bir şey düşünməyən biri olduğunu qəbul etməyə başlamışdı. Odur ki, getdikcə sevgilisinin bitib -tükənmək bilməyən təcrübələrindən narahat olmağa başlamışdı və günlərin birində də sevgilisini təcrübələri, telefonu ilə baş-başa qoyub tərk etdi. Yaşlı Bell sevgilisinin bir gün onu yenə axtaracağı ümidlə telefonun başından ayrılmazmış.
Bununla belə şəhərdə telefon və onları birləşdirəcək rabitə xətlərinin çəkilməsi də gündən-günə artırmış. Qrehem Belli artıq başqa şəxslər də axtarırdı. Lakin Qrehem telefonun hər zəngində özünü sevgilisi tərəfindən axtarıldığını sanaraq telefonunu "ALO" deyərək açır və hər kəsə də "Alo" deyirdi. O vaxtdan hamı telefonu açanda Aleksandr Qrehemin xatirəsinə hörmət olaraq "Alo" deməyə başladı. Və telefonla bu cür etiket bütün beynəlxalq aləm üçün qəbul olundu.
 

Niyə "alo" deyirik?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz