» » İlin ayları haqqında nə bilirik?

İlin ayları haqqında nə bilirik?

Müəllif: Vüsal от 25-10-2016, 06:44

 

İlin ayları haqqında nə bilirik?

Heç ilin ayları, ayların günləri haqqında düşündüyünüz olubmu? Heç ağlınıza gəlibmi ki, bu aylar necə yaranıb, niyə bəzilərində 30, 31, fevralda isə 28 (29)-dir??
Romalılar miladdan 758 il əvvəl 10 aylıq təqvimdən istifadə etməyə başladılar. Bu ilk orijinal Roma təqvimində aylar, gündüz və gecənin bərabər idi, min illərlə aylar mart ayından başlamaq üzrə Martius (mart), Aprilis (aprel), Maius (may), Junius (iyun), Quin-tilis (iyul), Sextilis (aрustos), September (sentyabr), October (oktyabr), November (noyabr) və December (dekabr) olaraq ardıcıllıqla davam edirdi.
Bu ay adları mart başlangıçlı təqvimə görə ilin 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, və 10-cu ayları idilər. Daha sonra yanvar və fevral adları ilə iki ay daha əlavə olunaraq təqvim tamamlandı. Yəni ilin ilk ayı mart, son ayı isə fevral oldu.
Əsrlər sonra - eramızdan 46 il əvvəl Roma imperatoru Juli Sezar, ehtimalla siyasi səbəblərdən, təqvimdə bəzi dəyişikliklər etdi. On bir ayı 30 və 31 gün olaraq iki şəkildə təşkil etdi, ilin son ayı olan fevrala 29 gün verdi, hər dörd ildə bir fevrala bir gün əlavəsini qəbul etdi. Ancaq sonra nədənsə yanvarı ilin ilk ayı olaraq elan etdi. Belə olunca da, hər 4 ildə bir əlavə olunacaq bir günün, yeni vəziyyətdə ilin ikinci ayı mövqeyinə gəlməsinə rəğmən fevral əlavə olunmasına davam edildi.

İlin ayları haqqında nə bilirik?

Juli Sezarın qəfil ölümündən sonar romalılar bu çox sevdikləri imparatorlarının anısına iyul ayının adını "July” olaraq dəyişdirdilər.
Ondan sonra taxta çıxanlardan, Augustus öz şərəfinə, Sex-tilis (Aрustos) ayının adını öz adı ilə dəyişdirərək, bu aya "august” adını verdi. Amma ortaya başqa bir problem çıxmışdı. Sezarın ayı 31 gün, Augustusun ayı isə 30 gün çəkirdi. Problemi yenə imperatorun özü həll etdi və 29 gün olan fevraldan bir gün daha götürərək avqusta əlavə etdi.
Sezara qədər ilk ay mart idi. Mart (martius) – yenilik müharibəsi, «Mars»ın şərəfinə adlandırılıb; aprel (aprilis) – yunan gözəllik ilahəsi Afroditanın; may (maius) – fransızların yaz ilahəsi olan Maia; iyun (junius) - Romanın panteon ilahəsi Junosun adıyla adlandırılıb.

İlin ayları haqqında nə bilirik?

Quentilisdən başlayaraq dekabra qədər ayların adı sıra sayı ilə bağlıdır: quien-tilis – 5-ci, sexstilis – 6-cı, september (sentyabr) – 7-ci, oktober (oktyabr) - 8-ci, november (noyabr) – 9-cu, desember (dekabr) – 10-cu ay.
Daha sonra Sezar 2 ay əlavə edir, ancaq ilin başlanğıcını əlavə etdiyi aylardan birincisinə keçirməsinə baxmayaraq, sıralanma ilə adlanmanı saxlamağa qərar verir. Beləliklə, yanvar – Romanın başlanğıc, zaman tanrısı Yanusdan (bu tanrı ikisifətli təsvir olunurdu: bir üzü irəli, gələcəyə, digər üzü geriyə, keçmişə baxırdı), fevral isə – Romanın yaxınlığında yerləşən Sabina mədəniyyətindən (febriarius) adını götürür.

İlin ayları haqqında nə bilirik? 

Qeyd: Yazı tərcümədən işlənib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz