» » Mövsüm dəyişikliyi və dəri qayğılarımız

Mövsüm dəyişikliyi və dəri qayğılarımız

Müəllif: Məlahət от 24-10-2016, 07:00

Mövsüm dəyişikliyi və dəri qayğılarımız


Yaz-yay ayları çoxdan bitib, payız ayları da son günlərini yaşayır. Artıq sinoptiklər qışın bir addımlığında olduğumuzdan xəbər verirlər. Qış hələ rəsmən daxil olmamışsa da, küləkli-çovğunlu, qar xəbərdarlığı edilən neşə günü yola salmışıq da. Azərbaycanın bəzi yerlərinə hətta qar da yağıb. Qış soyuğunun qapımızın kandarında olduğu bu günlərdə bir qayğı da dərimizlə bağlıdır. Çünki bu yağıntılı günlərdə dərinizin təsirə məruz qalmaması mümkün deyil! Axı keçid dövrü yaşadığımız bu dəyişkənlikdə cildimizə xüsusi bir diqqət göstərmək lazımdır.
Dəri xəstəlikləri üzrə tanınmış türk mütəxəssisi Dr. Nəslihan Dolar təbirincə desək, maye və istilik tarazlığını təmin edən, bir çox duyğusal və immunoloji funksiyaları olan dərimiz, eyni zamanda daxili mühit tarazlığı ilə xarici mühitin potensial zərərləri arasında bir baryer meydana gətirərək həyati bir rol oynayır. Bu səbəbdən ətrafda yaranan dəyişikliklər ilk və doğrudan dərimizə təsir edir. Şübhəsiz ki, bu çox sayda funksiyaların xaricində dəri, yumşaq, parlaq, təmiz və hamar görünüşü ilə estetik baxımdan da böyük əhəmiyyət daşıyır. Mütəxəssis qöş mövsümündə cildimizə qulluq etmək üçün faydalı tövsiyələr də vermişdir.

Mövsüm dəyişikliyi və dəri qayğılarımız

 

Dr. Nəslihan Doların fikrincə, xüsusilə mövsüm dəyişikliyi zamanı dərinin yeni hava şərtlərinə uyğunlaşması üçün bəzi tədbirlərin edilməsi faydalıdır. Yazın günəşin və nəmin təsiriylə ziyan görən dərimiz payızın gəlməsi xüsusi ilə külək və ani istilik dəyişikliklərindən mənfi istiqamətdə təsir edir.
Xüsusilə son zamanlarda ozon təbəqəsinin da incəlməsi ilə birlikdə günəşin bəzi zərərli şüaları yer üzünə daha asan çataraq dəridə sadə bir ləkədən dəri xərçənginə qədər bir çox mənfiliklərə səbəb ola bilir. Günəş işığından təsirlənən kəslərdə əvvəlcə dəri qalınlaşması olur və dərinin təbii qorumasını artırmaq üçün dərinin rəngini verən hüceyrələr daha çox rəng maddəsi ifraz edirlər (aşılayıcı). Uzun müddət günəşə məruz qalan dəridə zaman içərisində incəlmə, elastiklik pozulması (qırış), quruluq, ləkələnmələr, kapilyar damarların üzə çıxması, fotoyaşlanma görünür və ən beləliklə, dəri xərçənginin əmələ gəlmə riski artar.

Mövsüm dəyişikliyi və dəri qayğılarımız

 

Odur ki, dərinin ləkələnməməsi üçün onu nəmləndirin: Günəşin qurutduğu dərinin nəmləndirilməsi çox əhəmiyyətlidir. Əsasən də aşılayıcı ilə birlikdə dərinin təkrar özünü yeniləməsi müddətində dərinin üst ölü təbəqələri kəpəyə çevriləpək tökülər. Bu müddətdə uyğun nəmləndirmə edilməzsə, dəridə homogen olmayan rəng fərqlilikləri və ləkələr ortaya çıxar. Amma dərinizi nəmləndirərkən yağlandırmayın. Dəri tipinə uyğun təmizləyicilər və nəmləndiricilər istifadə zaman məsamələr tıxanıb qara nöqtə, komedonların meydana gəlir.
Bunun qarşısını almaq üçün qalınlaşan cild (peeling) gərəkdir. Yaz sonrası günəşin və nəmin təsiriylə qalınlaşan, ləkələnmiş, qırışan dəriləri yalnız payız və qış aylarında tətbiq olunan kimyəvi peeling ilə müalicə etmək mümkündür. Kimyəvi peeling, yəni soyma əməliyyatı dəri yaşlanmasının qarşısını almaq və müalicəsi məqsədi ilə istifadə təsirli və etibarlı bir üsuldur. Bu məqsədlə təbii meyvə turşuları çıxarılan müxtəlif agentlər dəri tipinə, dəridəki ləkə, qırış və ya akne izlərinin (Acne - qara və ya ağ nöqtələr, bir çox növdən sızanaqlar və bəzən də kistler şəklində özünü göstərən tıxanmış məsamələrə verilən addır.) dərinliyinə görə müxtəlif konsentrasiyaları istifadə edilər.

Mövsüm dəyişikliyi və dəri qayğılarımız

 

Dermatolog tərəfindən tətbiq olunan bu üsulla incə qırışlar, quruluq, ləkə və "acne yara” müalicə edilir. Ən az ildə bir dəfə bütün dərilərdə tətbiq oluna olan bu üsulla yaz sonrası qalınlaşan dərinin üst təbəqəsi ölü hüceyrələrdən təmizlənir. Beləcə, dərinin mat və solğun görünüşü aradan qaldırılır və daha parlaq məsamələri möhkəmləşmiş təzə bir dəri yaranır.
Gənc və zərif dəri problemlərini yox etmək üçün tətbiq olunan bir mezoterapi üsul bu sırada çox əhəmiyyətlidir. Kimyəvi peeling üsuluyla dərinin üst təbəqələri müalicə edilərkən mezolifting üsuluyla də dərinin alt təbəqələri müalicə edilir. Mezolift üsuluyla yaz boyunca günəş nəm və istidən təsirlənmiş dərinizi gənçləşdirirkən qış mövsümünə də yeni sağlam bir görünüşlə addım ata bilərsiniz. Mezolift; stress, hava çirkliliyi, günəşin zərərli şüaları və keçən illərin dəridəki mənfi təsirlərini ortadan qaldırmağı məqsəd qoyan bir müalicə üsuludur. Siqaret və spirt istifadəsindən da zərər görən dərinin yenidən quruluşlanmasını təmin edər. Dərinin itirdiyi nəm, vitamin, amin turşusu və mineral dəstəyi dəri altına kiçik iynələrin köməyi ilə yeridilir və bu üz, boyun, dekolte və xüsusilə əl bölgəsində ibarət olan qırışları və yaşlanma təsirləri ləngidir, zəiflədir.

Mövsüm dəyişikliyi və dəri qayğılarımız


Qeyd: Türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz