» » Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur

Müəllif: Samirə от 22-10-2016, 11:50

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur 

O, yoxdursa, mətbəxlərimiz də yoxdur, o, yoxdursa, yeməklərimizin təməl dadı da elə başlanğıcdan yoxdur. Yəqin hiss etdiniz ki, bu, soğandır. Soğan haqqında hamımızın az-çox məlumatı var. Amma bu məlumatları hər zaman təzələmək də pis olmaz. Çünki nə qədər bilsək də, bu məlumatlar daha çoxdur.
Soğan, A, B və xüsusilə də C vitaminləri həmçinin fosfor, yod və kükürd kimi bədənə çox faydalı maddələrlə zəngindir.
 Soğan, bədənin müdafiə etmə sistemini gücləndirər. Xalq arasında təbii antibiotik kimi tanınır. Soyuqdəymə, öskürək, bronxit və gastrit kimi infeksiya xəstəliklərinə qarşı müalicəvi təsirləri vardır. 
Pis xolesterolu və yüksək təzyiqi salar, amma yaxşı xolesterol səviyyəsini artırır. 
Xərçəng riskini azaldır. 
Qadın xəstəlikləri və sümük əriməsinə qarşı faydaları vardır. 
Sidikqovucudur. 
İştah açar. 
Damarları açır, ürəyi gücləndirər.
Çiy olaraq salatalarımıza, bişmiş olaraq da ət və səbzələrimizə dadlar verən bənzərsiz bir qidadır.
Qırmızısı, sarısı, ağı, təzəsi, qurusu, bir sözlə, çox növü vardır.

Təzə soğan

Yaşıl soğan dediyimiz soğanı salatlarda çiy olaraq, bəzi yeməklərdə də, məsələn, təzə paxla, noxud və s. də bişmiş olaraq işlədilər.

 

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur


Qışlıq soğan, yəni qabığı tünd qəhvəyi olan quru soğandır. Ölkəmizdə ən məşhur çıxarılan soğan növü olub qabıqları sərt, içi də möhkəm toxumalıdır. Bütün qış müddəti üçün formasını və keyfiyyətini saxlayır. Digər növlərinə görə daha acıdır. Bütün yeməklərdə istifadə edilə bilər.

 

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur

Sarı soğan
Xalq arasında "ağ soğan" deyilsə də ağ soğan başqa bir növdür. Qabığı daha açıq rəng olan və toxunduğumuzda quru soğana görə daha yumşaqdır və içi də daha sulu və qatları daha sərbəst ayrılır. Daha çox yazlıq soğan deyə bilinər, qış üçün ehtiyat edilsə, keyfiyyətlərini dəyişə bilər. Şirin bir soğan növüdür, salat və yeməklərdə istifadə edilir. Şirin olduğu üçün daha çox seçilsə də, qovrulmaya uyğun olmadığı və su saldığı üçün bəzi yeməklərdə, xüsusilə də zeytunyağlı dolmalarda istifadə olunur.

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur

 


Qırmızı soğan
Qabığı bənövşəyi olan bu şirin soğan növünü, ümumiyyətlə, salat və qəlyanaltılar çiy olaraq istifadə edirlər. Bu soğanda qışlıq soğana görə daha suludur. Mətbəximizə avqust ayının sonundan etibarən daxil olar, çox yaxşı qaldığı üçün bütün qış fəsli istifadəyə yararlı olar.

 

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur

Ağ soğan
Qışa davamlı, sərt və suludur, digərlərinə nisbətən həm də bir qədər daha bahalıdır. Yeməklərdə istifadə olunduğu kimi, şəfa üçün də ayrıca əhəmiyyətlidir.

 

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur 

 

 
Amma hamımıza məlumdur ki, soğan doğramaq hər birimizi o ki var "ağladır". Amma zaman-zaman insanlar bunun üçün müxtəlif qorunma çarələri tapıblar.
Bu çarələrdən bildiklərimizi sizə də təqdim edirik:


•Doğramadan əvvəl soğanı yumaq
• Soyulmuş soğanı soyuducuda bir az saxlamaq
• Linza ilə baxmaq taxmaq
• Dil çıxararaq doğramaq
• Bişən yemək yanında doğramaq
• Ağızda çörək yada kəsmə şəkər tutaraq doğramaq
• Doğrayıcı bıçağı soyuq suda yumaq
• Doğrama əməliyyatı əsnasında ağızdan nəfəs alıb — vermək
             

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur

 

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur

 

Saxlanması:

 

Qışlıq quru soğanı sərin və rütubətsiz bir yerdə 2 ay qədər saxlaya bilərsiniz. Rütubətli mühitlərdə soğanlar tez cücərər.
Ən yaxşı saxlama şərti təmiz, hava axını olan uyğun bir yerə asaraq saxlamaqdır. Soğanla kartofu yan-yana tutmaq da doğru deyil. Soğan kartofun nəmini özünə çəkir.
Soğan qovurarkən yanmaması üçün aşağı odda qovurmaq və tələsik etməmək lazımdır.
Kəsdiyimiz soğanın yarısını saxlamaq üçün kəsik tərəfinə yüngülcə kərə yağı sürməkdə fayda var.

Soğan - o, yoxdursa, mətbəximiz də yoxdur, dadımız da yoxdur


Qeyd : Yazə tərcümə vasitəsi ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz