» » Həyat yoldaşı seçimi və evliliyə hazırlıq testi

Həyat yoldaşı seçimi və evliliyə hazırlıq testi


Əziz "Ana və uşaq” oxucuları, (qonaqlarımız iki cürdür:
1. Qonaq Allah qonağıdır. Ağlımız kəsəndən müdriklərdən eşitmişik ki, "qonaqsız günümüz olmasın”, "qonaq evin gülüdür”, "qonaq Allah qonağıdır” və s.
2. Bir də var arzu olunmayan qonaqlar.
Kimlər arzuolunmayan qonaqlardır özləri oğrun-oğrun gəlib-gedirlər bilirlər ), bu test nümunəsi türk saytlarına istinadən hazırladıq. Bir şənbə ovqatı yaratmaq üçün Sizə təqdim edirik. Bu testlə sevənlər, yəni hələ evlənəcəklər gənclər,eləcə də evlənmiş cütlərlə sınaya bilər. Müsbət nəticə alırsınızsa, sevinin, biz də sevinəcəyik. Amma hələ hər şey bitdi kimi davam etməyin: qorumaq, davam etdirmək lazımdır, hər zaman. Uğurlu cavab alınmadısa, bu da son deyildir. Deməli, münasibətlərin gözünə 1 çay qaşığı bal, 1 çay qaşığı yağ , 1 çay qaşığı camış südü, çay qaşığı istilik, mehribanlıq, sevgi, hörmət əlavə etmək lazımdır.
Testin sonunda nəticələr haqqında yazılıb. Bəs bu xalları necə toplamaq lazımdır? Ola bilər ki, indidən yazsaq, nəticə uğurlu olmasa bildirməyəcəksiniz, ya da nəticənizə əl gəzdirəcəksiniz Odur ki, hər bir kəs cavablarını qeyd edib bizə göndərsin. 10 gündən sonra biz hər kəsin Sevgi piramidasındakı yerini deyək. Belə çox maraqlı olar.
Hər sual üzrə hansı cavabı seçirsiniz, onu cavablayırsınız. Hər cavab variantının öz xalı vardır. Məsələn, 10-cu sual - 1-ci bənd və yaxud 10 -3 şəklində. Beləcə, hər birini ayrı-ayrılıqda davam edirsiniz. Sonda biz hər birinizin xallarını cəm edib elan edəcəyik. İndi hamının ürəyi dıp- dır edir...
Həyat yoldaşı seçimi və evliliyə hazırlıq testi

I. Evlilik nədir?

1-Dünyanın ən riskli işidir.
2-Uşaq-muşaq sahibi olmaqdır.
3-Qadın və kişinin birlikdə meydana gətirdiyi bir həyatdır.
4-Cinsəlliyi rəsmiləşdirən bir təşkilatdır.
5-Müqəddəs bir müəssisədir.

II. Nə üçün evlənmək istəyirsiniz?

1-Sevdiğim üçün
2-Evlənmə zamanım gəldiyi üçün
3-Ailəm istədiyi üçün
4-Yeni bir həyat qurmaq üçün
5-Xoşbəxt bir yuva qurmaq üçün

III. Evlənəcəyiniz yoldaş namizədində xoşunuza gələn ilk növbədə nədir?

1-Ailə həyatı
2-Şəxsiyyəti
3-Dindarlığı
4-Fiziki görünüşü
5-Dürüstlüyü

IV. Yoldaşınızı necə seçərsiniz?

1-Ağlımla
2-Duyğularımla
3-Ailəmin istəyiylə
4-Əldə etdiyim məlumatlara görə
5-Məni istədiyi üçün

V. Evlənəcəyiniz yoldaş namizədinə özünüzü necə bəyəndirirsiniz?

1-Onun xoşlandığı şeyləri edərək
2-Hədiyyələr alıb, ona iltifatlar edərək
3-Gözəl geyinib şirin danışaraq
4-Olduğum kimi davranaraq
5-Xarizmatik olmağa çalışaraq

VI. Yoldaşınız olacaq insanın gerçək şəxsiyyətini necə öyrənərsiniz?

1-Onunla döyüş edərək
2-Ətrafını və dostlarını dinləyərək
3-Ailə həyatına baxaraq
4-Şəxsi davranışlarını müşahidə edərək
5-Düşmənlərinə soruşaraq

Həyat yoldaşı seçimi və evliliyə hazırlıq testi

 

VII. Evlilik həyatında "nüfuz" kimdə olmalıdır?

1-Ər-arvad arasında nüfuz olmaz
2-Qadında olmalı
3-Kişidə olmalı
4-Hər ikisində olmalı
5-Evi ən yaxşı idarə edəndə olmal

VIII.Yoldaşınız olacaq insanın sizi sevib sevmədiyini necə anlarsınız?

1-Davranışlarına baxaraq
2-Qəlbimin səsinə qulaq verərək
3-Etdiyi fədakarlıqlara baxaraq
4-Xəsis və ya səxavətli olub-olmadığına baxaraq
5-Söylədiklərinə inanaraq.

Xoşlanmadığınız davranışlar varsa, nə edərsiniz?

1-Gülərüzlə qarşılayaram.
2-Düzəltməsinə evlilik sonrasına buraxaram.
3-Əlaqəni kəsərəm.
4-Birə-bir görüşərək düzəltməyə çalışaram.
5-Ailəsiylə birlikdə imtina etməyə çalışaram.

X.Seçdiyiniz yoldaşınızı, ailəniz bəyənməzsə nə edərsiniz?

1-Ailəmin istədiyi istiqamətdə hərəkət edərəm.
2-Ailəmi razı etməyə çalışaram.
3-Ailəmin istəyib-istəməməsi əhəmiyyətli deyil.
4-Ailəmə qarşı çıxar, döyüş edirəm.
5-Ailəmin istəməsi üçün, başqalarını dövrəyə daxil edərəm.

XI. Yoldaşınız olacaq insanın ailəsinin, sizə qarşı necə davranmasını istərdiniz?

1-Bana və evimin daxili işlərinə qarışmasını istəmirəm.
2-Zor durumlarımda mənə köməkçi olmasını istəyirəm.
3-Anlayışlı və xoşgörüşlü olmasını istəyirəm. Sərb
4-Tez-tez gəlmələrini istəmirəm.
5-Hər zaman gəlmələrini istəyirəm.

XII.Gözəl bir dolanışıq üçün, hansı əhəmiyyətli tədbirləri alırsınız?

1-Konvensiya edərəm.
2-İşi şansa buraxaram.
3-Prioritetlərimiz açıq açıq söyləyərəm.
4-Yoldaşımın istədiklərini qəbul edərəm.
5-Razılaşıb anlaşamadığımız mövzuları əvvəldən müəyyən edərəm.

XIII.Yoldaşınız olacaq insanda olmasını istəmədiyiniz ən əhəmiyyətli vəziyyət nədir?

1-Cahil olması
2-Asılı olmas
3-İnamsız olması
4-Kasıb olması
5-Çirkin olması

XIV.Sağlam bir ünsiyyət üçün nə edərsiniz?

1-Problemləri qarşılıqlı danışaram.
2-Şifahi ünsiyyətdə zarafat dilindən istifadə edərəm.
3-Yoldaşımın gələcəyə aid düşüncələrini izah etmək istəyirəm.
4- Rəğbət göstətərərəm.
5-Onu cani-dildən dinlər və qayğı göstərərəm.
. Nişanlılıq dövrü səbəb tələb olunur?
1-Daha yaxşı yaxınlaşmaq üçün
2-Evliliklə əlaqədar plan və proqram etmək üçün
3-Ailəsini və qohumlarını tanımaq üçün
4-Yanlış qərarlar verməmək üçün
5-Birimizin daxili dünyasını tədqiq etmək

Həyat yoldaşı seçimi və evliliyə hazırlıq testi


XVI. Yoldaşınız və ya bərabər adayınızla, anlaşılmazlıq olduğunda nə edərsiniz?

1-Bildiyim doğruları sonuna qədər müdafiə edərəm.
2-Qarşılıqlı olaraq üz-üzə oturub danışaram.
3-Anlaşılmazlıqlar qarşısında susarım.
4-Ailə böyüklərimi dövrəyə daxil edərəm.
5- Mənə edilənlərin qarşılığını eynilə verərəm.

XVII. Ən bəyəndiyiniz şəxsiyyət tipi?

1-Ciddi və etibarlı
2-Xoşbəxt ola biləcəyim
3-Anlayışlı və yetkin
4-Gülərüzlü və zarafatlı
5-Ünsiyyətli və məhsulda

XVIII. Necə bir yuva qurmağı xəyal edirsiniz?

1-Azad və müstəqil
2-Xoşbəxt ola biləcəyi
3-Ortaq şəkildə həyat sürə biləcəyim
4-Çoxuşaqlı
5-Azuşaqlı

XIX. Evlilikdə ideal yaş hansıdır?

1-Kişi: 25 Qadın: 21
2-Kişi: 23 Qadın: 19
3-Kişi: 26 Qadın: 22
4-Kişi: 24 Qadın: 20
5-Kişi: 27 Qadın: 23

XX. Yaşamaqda məqsəd nədir?

1-Azad yaşamaq
2-Xoşbəxt olmaq
3-Həyatın dadını çıxarmaq
4-Varlı olmaq
5-Evlənmə

Nəticə:
80-100 arası: Əla bir evlilik cəhdinin var. Təbriklər ...
60-80 arası: Şüurlu hərəkət etməklə bərabər, yenə də tədbiri əldən buraxmayın.
40-60 arası: Gəlişi gözəl hərəkət edirsiniz. Daha diqqətli olmanız lazım.
20-40 arası: Bu əlaqə qaynayıb-qarışmayacaq : özünüzü aldatmayın.
 
Qeyd: Türk satından tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz