Şəki zarafatları ( I yazı)
Müəllif: Akif Əhmədov от 14-12-2016, 12:00
Şəki Azərbaycanın gözəl guşələrindən biri olmaqla yanaşı, səmiyyət və ünsiyyət üzrə də ölkəmizin şöhrətli rayonlarından biridir. Bu yerdə yaşayan qocalmaz, dünyadan nakam köçməz. Bura uşaqdan tutmuş böyüyədək hər kəs söz sərrafıdır, zarafart xiridarıdır. Bunlardan biri də yetim oğ- lu Nurəddindir, o həm də hazır-cavab və şirin danışan olduğundan heç kim onun zarafatından inciməz. Daim üzü gülər, əgər azca qüssəli görünsə, deməli ciddi bir hadisə var. Qələm əhli Akif Salamığlu uzun illər Yetim oğlu ilə ünsüyyətdə olduğundan onun bir çox baməzə söhbətlərini yadında saxlamışdır.
Oğluna nəsihət
Oğlu Hacıhəbubyllahları tanıyırdı, onlar artıq hərəkətlərə yol verməz, ziyanlı işlərə qoşulmaz, izafi xərclər etməzlər. Ona görə gülümsəyərək atasına deyir:
– Ata, indi başa düşdüm.
Məsləhətə etiraz
Zarafatyana etiraz edir:
– A müdir, idarədə dörd oğraş var, hamısı burdadır, kimə rast gələcəyik ki? Gəlin qayıdaq işimizə. Əvvəl hamı gülüşür.
Üzeyir kişini söz alır və bərk hirslənir.
Tapmaca
– O hansı idarədir ki, müdiri qurd oğlu, mühəndisi cuhud oğlu, iqtisadçısı yetim oğludur? (Həmin vaxtlarda əhaliyə xidmət kombinatının müdiri qurd oğlu Ələfsər, mühəndisi cuhud oğlu Maqsud iqtisadçısı Yetimoğlu Nurəddin idi) Hamı bədahətən deyilmiş bu "tapmacaya” ürəkdən gülür.
Böyük seçmək
– Nuru və Niyazi idarə müdurləridir, bank Ələsgər də məndən yaşca böyükdür, çoxunuz da mövqecə məndən yüksəkdəsiniz. Bəs məni böyük seçməkdə bicliyiniz nədir? Nürəddindən çox xahiş edirlər ki, məqsədini aşıq desin. O şaqqanaq çəkərək bildirir:
– Biz də səhv edə bilərik, adamı söyəndə əsasən böyüyünə söyürlər. Nuru və Ələsgər abırlı adamlardır, yaxşı düşməz, qoy söyüşlər Abduləvvələ getsin.
– Hamı gülüşür, rəhmətlik Abduləvvəl üzüyola olduğundan razılaşır və dəstənin böyüyü seçilir.
Öz arşını
Şəki bazarında basırıqda Nurəddin maşını düz yanımda saxlayıb "otur” - dedi. Azca aralanmışdıq ki, yenə əyləci basıb bir nəfər də götürdü. Bu, qırmızı sifət, bəstəboy bir kişi idi (Sonradan bildim ki, o da hazırcavab adamdır, adı Həmidmiş.Bunu da qeyd edim ki, Nurəddinlə bacarmadı).
Nurəddin arxaya qanrılıb:
– Xaloğlu, necəsən, nə xəbər var? - soruşdu. Bu əhvalat birinci İran zəlzələsinə təsadüf edirdi. 90-cı illər olardı. Həmid təəssüflə dedi:– İranda qırılan çox olub, nə olaydı bir elə zəlzələ də burda olaydı. Nurəddin bir də geri qanrılıb təəccüblə:
– Xaloğlu, niyə axmaq-axmaq danışırsan, camaat yazıq deyil, axı niyə?
Həmid iddia ilə:
– Oğraş, alçaq çoxalıb, qoy bir az qırılsın.
Nurəddin cəld gülə-gülə cavab verdi:
– Xalaoğlu, hamını öz arşınınla ölçmə da! - deyəndə Həmid basıldığını görüb pərt oldu və dərhal maşını saxlatdırıb düşüb piyada getdi.
Qeyd: Zarafatlar Azərbaycan folkloru antologiyası (XVIII kitab) kitabından götürülmüşdür.
Oxşar postlar:
- Oxunub: 4 039
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Yumor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar