» » Qəribə vergilər

Qəribə vergilər

Hər bir dövlətdə vergi sistemi mövcuddur və bu sistemin mövcudluğu lap qədimlərdən başlayıb.
Biz bu yazıda vergi və onun mahiyyəti haqqında deyil, dünyada mövcud olmuş və bu gün də hələ də mövcud olan gülməli, maraqlı vergilərdən bir neçəsi haqqında söhbət açacağıq.

"Bığ vergisi"
 
Uruqvayın Durazno şəhər məclisi kişilərə bığ vergisi qoymuşdur. Bığın hər santimetrinə isə 2 peso alınırdı. Ancaq caamatın etirazı verginin tezliklə ləğv edilməsinə gətirib çıxardı.

Qəribə vergilər


"İkinci ər vergisi"

İspaniyada 14-cü yüzilllikdə nikaha girən qadından vergi alındı. Səbəbi isə qadınların ikinci dəfə evlənməməsi üçün süni şəkildə çətinlik yaratmaqdır.

"Baca vergisi"
 
Polşalılar evlərindən bayıra çxan bacalar üçün vergi ödəməyə məcbur edilmişdilər, hətta iş o yerə çatmışdı ki, adamlar bu vergini ödəməkdən bezərək evlərinin bacalarını yıxırdılar.

Qəribə vergilər


"Çizmə vergisi"

18-ci yüzillikdə Prsuya kralı II Frederik çizmə (dizdən yuxarı çəkmələr) geyinənlərdən vergi alınmasını əmr etdi.
O zamanlar belə bir misal varmış: " Bir kralınız ola bilər, ancaq əsl qorxacağınız adam vergi məmurudur".

Qəribə vergilər

 

Ən qəribə vergi isə Zimbabvedədir : dünyaya körpə gətirəcək analardan "səs vergisi" tutulur .

Afrikanın ən yoxsul ölkələrindən olan Zimbabvedə doğum vaxtı qadınıarın ağrıdan çıxardıqları səs üçün vergi qoyulur.

İllik gəlirləri 150 dollar olan və xəstəxana xərcləri üçün 50 dollar xərcləyən hamilə qadınlara doğuş zamanı çıxardiqları hər səs üçün 5 dollar vergi istənilir.

Xəstəxana xərcini ödəyə bilməyənlər xəstəxanadan kənarlaşdırırlar. Buna görə də çox qadınlar övladlarnı evdə dünyaya gətirirlər.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilən açıqlamada deyilır ki, buna görə də Zimbabvedə hər gün səkkiz qadın doğum vaxtı ölür.

 

Bu xəbəri oxuyub çox mütəəssir oldum: ana dünyaya sağ-salamat uşaq gətirməyi düşünsün , yoxsa çıxaracağı səslər üçün alınacaq pulları.


Qəribə vergilər


Qəribə vergilər

  Toplayanı: Nigar x.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz