» » Lətifələr :"Mən də vəsiyyətnamə yazıram."

Lətifələr :"Mən də vəsiyyətnamə yazıram."

 

Lətifələr :"Mən də vəsiyyətnamə yazıram."

 

Həkim:
- Mən resept yazıram, siz nə yazırsınız?
Xəstə:
- Mən də vəsiyyətnamə yazıram.
  wink wink wink 
Bir kişi üzünü qırxdırmaq üçün bərbərxanaya gəlir.
Bərbər də çox naşı imiş. Kişi əyləşir və deyir ki, başımı ülgüclə qırx.
Bərbərin ülgücü küt imiş və kişinin başını çətinliklə qırxırmış. O, görür ki, kişi hər dəfə başı qanadıqca ufuldayır.
İstəyir ki, kişinin başını söhbətə qatıb birtəhər işini başa çatdırsın.
Bərbər kişidən soruşur ki, neçə qardaşsınız?
Kişi də ufuldaya-ufuldaya cavab verir ki, sənin əlindən salamat qurtarsam, 7 qardaşıq.
 wink wink wink 
Müəllim şagirdə sual verir:
-Sənə 2 dovşan verirəm, atan da birini alır. Onda eçə dovşanın olur?
-4
-Niyə?
-Çünki biri də evdə var.
 wink wink wink 
Bir gün 70 yaşlı kisi özüylə eyni yaşda olan arvadına deyir ki, gəl əvvəlki günlərimizə qayıdaq, yenə o vaxt bir-birimizi necə sevirdiksə , indi də elə sevək. Nə isə bunlar razılaşırlar. Kişi deyir ki, bir gün gedək ilk görüş yerimizə. Sevgimizə ilk görüşdən başlayaq. Arvad kişiylə razılaşır. Səhərisi gün kişi razılaşdıqları kimi ilk görüş yerinə gəlib arvadını gözləyir...gözləyir-gözləyir arvadı gəlib çıxmır. Kişi hirsli halda evə gəlir və görür ki, arvad evdədir, bir az da hirslənir. Üzünü arvadına tutub soruşur ki, bəs niyə gəlmədin? Arvad da deyir ki, atam icazə vermədi.
 wink wink wink 
Dovşan avtobusa minir, amma görür ki, görür yer yoxdur. Üzünü salona tutub deyir ki, kim mənə yer verməsə, dünənkini edəcəyəm. Ayı qorxur və tez durub yerini ona verir. Düşəndə özünü saxlaya bilmir və əyilib dovşandan soruşur ki, dovşan qardaş, dünən neynəmişdiniz ki?
Dovşan deyir:
-Heç, axıra kimi ayaq üstə getmişdim.
 wink wink wink 
Qız nişanlısına deyir:
- Mən səninlə evlənə bilmərəm. Çünki sən çox xəsissən. Al, bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir:
- Bəs qutusu hanı?
 wink wink wink 
Elçiliyə gedən bir arvad yolda qarşısına çıxan qızdan soruşur:
-Qızım, Gülərin evi hansıdırı? Elçi gəlmişəm, evlərini tanımıram.
Qız arvada yolu göstərir və o biri yolla tez evə gəlib anasına deyir:
Ana qonşuya elçi gəlmişdi, yolu tanımırdı, məndən soruşdu , mən də öz evimizi göstərdim....
 wink wink wink 
-İki dost işdən evə qayıdırdı.
Biri:
- Mənim arvadım çox yaxşıdır, heç narazılığım yoxdur. Gedən kimi çəkmələrimi soyundurur, paltomu çıxarıb asır. Qəhvəm də hazırdır, mətbəxdə bir vedrə isti su da.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən bulaşıq qabları soyuq su ilə yuya bilmirəm.
 wink wink wink 
Qız anası ilə həkimə gedir.
Həkim qıza çevrilərək:
- Lütfən soyunun!
Anası tez dillənir:
- Oğlum, xəstə o deyil, mənəm!
Həkim:
- Lütfən dilinizi göstərin.
 wink wink wink 
Bir gün meşədə heyvanlar bir yerə toplanırlar.
Şir deyir:
- İndi heyvanlar arasından gözəllər sağa, ağıllılar isə sola keçsinlər.
Elə şir bunu demişdi ki, heyvanların bir hissəsi sağa, bir hissəsi isə sola keçdilər. Birdən şir gördü ki, meymun ortada durub.
Şir deyir:
- Bəs sən niyə ortada durubsan?
Meymun cavab verir:
- Nə deyirsən? İndi iki yerə bölünüm?

Lətifələr :"Mən də vəsiyyətnamə yazıram."

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz