Dünyanın ən kiçik ölkəsi - Vatikan
Müəllif: Dəyanət от 9-01-2022, 17:41
Dünyada elə kiçik ölkələr var ki, bəziləri xəritədə belə görünməyəcək qədər kiçikdir. Bir kəndin sahəsi qədər torpağı olan ölkələr də var. Bunlardan birincisi Vatikandır.
Ölkə 44 hektar əraziyə və mindən çox əhaliyə sahibdir. Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya 11 fevral 1929-cu il tarixində Roma Katolik kilsəsi və İtaliya rəhbərliyi arasında Lüteran sazişi əsasında yaradılıb.
Vatikanı böyük əminliklə açıq səma altında muzey adlandırmaq olar. Bütün şəhər divarlarla əhatə olunub. Vatikan vətəndaşları iki kateqoriyaya bölünür: Müqəddəs Taxta xidmət edənlər və Papanın şəxsi İsveçrə qvardiyası. Burada vətəndaşlıq nəsildən nəslə keçmir və təqaüdə çıxdıqda vətəndaşlıq geri alınır. Bir şəxs artıq Vatikan vətəndaşlığından çıxdıqda və başqa heç bir vətəndaşlığı olmadıqda ona İtaliya vətəndaşlığı verilir.
Bunun əvəzində isə Vatikanda əhalinin şəxsi şəxsiyyət vəsiqəsi, valyutası, mətbuatı, markası, futbol komandası, gerbi, bayrağı, himni, bankı və hətta internet serveri var.
Dünyanın ən kiçik ölkəsi cəmi 2 növ hərbi qüvvəyə malikdir. Bunlar isə Papa jandarmeriyası və İsveçrə qvardiyasıdır. Jandarmeriya polis funksiyasını yerinə yetirdiyi bir halda, İsveçrə qvardiyası Müqəddəs Taxt istisna olmaqla heç kimə tabe deyil.
Vatikanın milli dili olmasa da, bütün dünya üzrə 20 müxtəlif dildə fəaliyyət göstərən radiostansiyası var. Bundan əlavə ölkədə kənd təsərrüfatı mövcud deyil.
Vatikanın sahib olduğu dəmir yolunun uzunluğu isə cəmi 700 metrdir. Hava nəqliyyatı isə nisbətən inkişaf etmişdir və Vatikan özünün helikopter platformasına sahibdir. Vatikan kitabxanası isə malik olduğu əlyazma sayına görə dünyanın ən böyük kitabxanalarından biridir.
Vatikan qeyri-kommersiya iqtisadi planına sahibdir. Daha doğrusu ölkənin əsas gəlir mənbəyi bütün dünyadan olan katoliklərin ianələri, turizm və suvenirlərin satışıdır. Ölkənin illik nüdcəsi təqribi olaraq 310 milyon dollar olaraq qiymətləndirilir.
Müqəddəs taxt dünyanın 174 ölkəsi ilə diplomatik münasibətləri dəstəkləyir. Bununla yanaşı, Vatikan 15 beynəlxalq təşkilatın üzvüdür.
Mənbə: İnternet
Oxşar postlar:
- Ən uzun hökmranlıq etmiş və tarixə imza atmış 10 güclü imperiya - I yazı
- Dünyanın ən gözəl yaçayış məskənləri (şəhər və kəndlər) - 2
- Yeni doğulan körpələr arasında ölüm halları ən az olan ölkələr
- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Oxunub: 217
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Maraqlı məlumatlar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar