Dünyada maraqlı Yeni il ənənələri
Yeni ili dünyanın bütün xalqları səbirsizliklə gözləyir. İstək, arzu bir olsa da, onlar yeni ildən gözləntilərini maraqlı formada ifadə edirlər.
Yaponiyada "köhnə ilin şər ruhlarını qovmaq üçün” evlərin qarşısında kəndir asılır. Yeni ilin ilk saniyələri gülüşlə qarşılanır.
Çində bütün evlər "keçən ilin pis ruhunu və bəxtini qovmaq üçün" təmizlənir. Bundan əlavə, uşaqlara "bəxt gətirmək üçün" qırmızı zərflərdə pul verirlər.
İsveçrəlilər Yeni ili yaxşı ruhları təmsil etdiyinə inanırlar. Odur ki,ən yaxşı kostyumlarını geyinərək onu qarşılamağa çıxırlar.
Hollandiyada "keçən ilin pis ruhlarını qovmaq və yeni ilə dinc və xoşbəxt bir şəkildə daxil olmaq üçün" yolkanı küçədə yandırırlar.
Çilidə gecə yarısı bir qaşıq mərci yeyənlərin yeni ildə məhsuldar bir iş həyatı yaşayacağına inanırlar.
Cənubi Afrikada isə "uğur gətirmək üçün” köhnə ev əşyaları pəncərədən atılır və Yeni ilə evə yeni əşyalarla daxilolurlar.
Belarusiyada subay qızların qarşısına qarğıdalı qoyurlar, ortada isə xoruz qalır. Hesab olunur ki, kim xoruzdan əvvəl qarğıdalı yeyirsə, digərlərindən əvvəl evlənəcək.
İspaniyada saat 00.00-da 12 üzüm yeyirlər və Yeni il üçün arzularını edirlər.
Danimarkada köhnə boşqabları qapının ağzında sındıraraq, uğursuzluqdan uzaqlaşmaq üçün Tanrıya yalvarırlar.
Rumıniyada ayı dərisi geymiş insanlar küçələrdə dolaşaraq rəqs edirlər. Bununla onlar pis ruhları uzaqlaşdırdığına inanırlar.
Oxşar postlar:
- Oxunub: 137
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Maraqlı məlumatlar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar