» » Ayı, pələng və aslan xilas olunduqları gündən bu yana ayrılmadılar

Ayı, pələng və aslan xilas olunduqları gündən bu yana ayrılmadılar


Ayı, pələng və aslan   xilas olunduqları gündən bu yana ayrılmadılar

Həyatda çox  qeyri-adi heyvan dostluqları görürük. İt və fil, pişik və at, hətta zürafə və dəvəquşu  dostluq edə bilir. Lakin bu qeyri-adi dostluqların heç biri qara Amerika ayısının, Afrika aslanının və Benqal pələnginin dostluğuna qalib gələ bilməz. Bu dostluq dostluğun, hətta hər cəhətdən qardaşlığın qeyri-adi hekayəsidir. 2001-ci ildə Atlantada axtarış-əməliyyat zamanı uçuq bir  evin zirzəmisindən tapılan ayı "Balu", aslan "Leo" və pələng "Şere Xan"  elə həmin vaxtdan da  birlikdə yaşayırlar, tam 20 il.
Üçlük birlikdə çox xoşbəxtdirlər və birlikdə çox xoş vaxt keçirirlər.
"Nuhun gəmisi" adlanan  yeni sığınacaqda vəhşi təbiətə qayıda bilmələri üçün onlar reabilitasiya olunurlar.
Lakin gənc yaşlarında vəhşi təbiətdən qopan və çox əziyyət çəkən üçlüyün vəhşi təbiətə qayıtması çox çətindir.
"Baloo" və "Shere Khan" adları "The Jungle Book" filmindəki ayı və pələng personajlarının adlarıdır, "leo" isə latınca aslan deməkdir.
Nə qədər fərqli  növlərdən olsalar da, bu üçü qardaş kimidir və heç vaxt bir-birindən ayrılmır.

Ayı, pələng və aslan   xilas olunduqları gündən bu yana ayrılmadılar

Qeyd: Yazı tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.