Şərqi Ukraynada mamont sümüyündən düzəldilmiş neandertal ev
Müəllif: Dəyanət от 20-12-2021, 18:45
Şərqi Ukraynada arxeoloqlar mamont sümüyündən düzəldilmiş neandertal evinin qalıqlarını tapıblar.
44 min il əvvələ aid olan 8 metr diametrli evin sümükdən olması diqqət çəkir.
Təxminən 30.000 il əvvəl nəsli kəsilmiş neandertalların mağaralarda yaşadığı düşünülür.
Molodova şəhəri yaxınlığında yerləşən ev kəllə, çənə sümükləri, dişlər və ayaq sümükləri də daxil olmaqla 116 sümükdən ibarətdir. Bu sümüklərin əksəriyyəti boya və oymalarla bəzədilib.
Evin içərisində küllə doldurulmuş ən azı 25 mamont ürəyi tapılıb.
Tədqiqatçılar, neandertalların ovladığı, ev tikmək üçün yedikləri və vəhşi təbiətdə ölü tapdıqları mamontların sümüklərini topladıqlarını bildiriblər.
Tapıntılar "Quaternary International" jurnalında dərc olunmuşdur.
Bu, Neandertalların öz mədəniyyətinə malik olan və hətta ünsiyyət üçün ortaq bir dil inkişaf etdirən insanlar olduğu fərziyyəsini gücləndirdi.
Tapılan bu tip ən qədim bina Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşir. Təxminən 500.000 il əvvələ aid olduğu düşünülən ev, "Homo erectus" (dik insan) tərəfindən yerə yapışdırılmış taxta çubuqlarla tikilmişdir.
Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.
Oxşar postlar:
- Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü - Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı +SİYAHI
- Alimlər “səkkizinci qitə”yə dair yeni dəlillər tapıblar
- Xərçəng hüceyrələrini məhv edən müalicə üsulu tapılıb
- Nə üçün insanlar musiqi əsərlərinə müxtəlif cür reaksiya verirlər?
- Alimlər Myanmada tapılan kəhrəbada dinozavr quyruğu aşkarlayıblar
- Oxunub: 156
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Maraqlı məlumatlar
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar