» » Nyu-Yorkda 100-ə yaxın uşaq yeni növ koronavirusa (Kovid-19) yoluxub

Nyu-Yorkda 100-ə yaxın uşaq yeni növ koronavirusa (Kovid-19) yoluxub

Nyu-Yorkda 100-ə yaxın uşaq  yeni növ koronavirusa (Kovid-19)  yoluxub


Təxminən 100 uşaqda müşahidə edilən nadir xəstəlik Kovid-19 ilə əlaqəli ola bilər. Bunu 100-ə yaxın uşağın tutulduğu güman edilən nadir xəstəlik haqqında fikirlərini bildirən ABŞ-ın Nyu-York qubernatoru Endryu Kuomo ifadə etmişdir. Endryu Kuomo bu ştampı koronavirusun (Kovid-19) yeni dalğası kimi xarakterizə etmişdir .
Cuomo mətbuat konfransında bildirib ki, uşaqlara təsir edən və Kovid-19 ilə əlaqəli olduğu düşünülən "iltihab sindromu” araşdırılır.
Bu günə qədər Nyu - Yorkda xəstəlik səbəbiylə 3 uşağın öldüyünü, 100-ə yaxın uşaqda da əlamətləri müşahidə edildiyini deyən Cuomo, sözügedən xəstəliyin kritik orqanlarda həyati təhlükə yaradan iltihaba səbəb olduğunu bildirib.
Cuomo həmçinin bildirib ki, son 24 saatda Nyu- Yorkda Korona virusu səbəbilə 195 nəfər ölüb.
Nyu- Yorkun epidemiya ilə mübarizə üçün 61 milyard dollara ehtiyacı olduğunu vurğulayan Cuomo, əlavə etdi ki, Vaşinqtonda müzakirə edilən yeni yardım paketi korporativ şirkətləri xilas etmək əvəzinə ştatlara və işçi ailələrə dəstək olmalıdır.
Epidemiyanın ən intensiv olduğu Nyu- Yorkda indiyədək 347 mindən çox insan koronavirusdan təsirlənib, 27 mindən çox insan isə dünyasını dəyişib.
Kovid-19-un olduğu ölkə və bölgələrdə yeni hallara dair cari məlumatların toplandığı "Worldometer” internet saytına görə, ABŞ-da yoluxanların sayı 1 milyon 395 minə, ölənlərin sayı isə 82 min 555-ə yüksəlib.

Mənbə:https://www.hurriyet.com.tr/dunya/100e-yakin-cocukta-gorulen-nadir-hastalik-kovid-19-baglantili-olabilir-41515984

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.