» » Məşhurlar necə sevib-seviliblər (I yazı)

Məşhurlar necə sevib-seviliblər (I yazı)

Məşhurlar necə sevib-seviliblər (I yazı)

İnsanın su, od, hava, torpaq kimi həyati vacib ünsürlərdən yaranması ilə bağlı zaman-zaman eşitdiyimiz fikirlərdə bir sıra dini-mifik görüşlər olsa da, həqiqət olduğunu kimsə danmadı, kimsə də dana bilməz. Bəs yaradılanların yaşaması üçün lazım olan nələri niyə bu qədər önə çıxarmırıq? Bəs kəlməbaşı adına and içdiyimiz çörək, dad ölçümüz olan duz ? Bəs sağlamlamlıq? Bəs, bəs...?
Yaradılmışıq yaşamalıyıq, Yaradn özü ruzini yetirir. Bu fikirdən elə xoşum gəlir ki və Allah hər zaman ruzimizi yetirir də. Sevgi də ruzidir, Allahın ruzisi . Axı o olmasa, həyat belə davamlı, həm də mənalı ola bilməzdi? Kim ümid axtarardı ki, kim səbirli olardı ki, kim məqsəd, hədəf seçərdi ki...Bəs niyə dünyaya göz açmış bir tifildən, ömrünün ixtiyar çağlarını yaşayan qocaya, ağbirçəyə qədər insanoğlunun ehtiyac duyduğu Məhəbbət vacib ünsürlər deyə qruplaşdırılmır, önərlənmir?

Məşhurlar necə sevib-seviliblər (I yazı)


Bütün dünya sevir,balaca uşaqlar da sevir... Bütün dünya insanları eşqdən yazır, amma bu məhəbbətin sonunu kimsə düşünmür. Çünki kimsə də istəmir ki, o, sona yetsin. Xsusən də şairlər. Mən gözümü açandan eşitdim ki, oxudum ki, gördüm ki, şairlər yazır, sevir.Hətta eşitdim ki, gözəl xanımlar böyük hisləri tərənnüm edən şeirin, sözün qarşısında kirimişcə təslim olurlar, mat qalırlar. Amma onu da gördüm ki, bu şairlərdən çox da sitəm, zülm görən yoxdur? Niyə, niyə? Küçənin o başından görünədə gəldiyini küçənin bu başında bildirən "Maybach Landaulet” i yoxdur, ona görə ? Bəlkə şairlər onları sevənləri "Cote d’Azur”, İtaliynın "Zümrüd sahili", Monako krallığında yerləşən "Mavi sahil” və sair dünyanı valeh edən istirahət məkanına nəinki hər il, heç ömründə bir dəfə apara bilməyəcəklərini yəqin etdikdən sonra, bu eşq atəşi yavaş-yavaş sönür? Yox..yox. Elə olsa idi cinbindən pul çıxmaqdansa qələm, kağız çıxan bir "dəli Məcnun”u niyə b ətrafdakı insanların gözü qarşısında mərdanə seçərək onu fəqiri-bəndəlikdən fəqiri-bəxtəvər kürsüsünə ucaldırdı? Onda bəs səbəb nə? Niyə şairlərin sevgi taleyi, sevgi yolu boylə olur? Bu syımızdan başlayaraq sizə belə qələm, söz fikir,sahiblərindən bəzilərinin sevgisi, eşq taleyi haqqında ədəbiyyatdan, əsərlərdən bildiyimiz maraqlı məlumtlrı təqdim edəcəyik.

Qətran Təbrizi
Şair məhəbbətdə onu incidib əldən salmış sevgilisinə deyir: "Elə ki, məni ölmüş gördün, gəl, həsrətli, niskilli və cansız bədənimin qarşısında söylə:
- Ey mənim öldrüyüm, sənin ölümündən peşmanam”.

Məşhurlar necə sevib-seviliblər (I yazı)

Əvhədəddin Əvhədi
Rəvayətə görə bir məclisdə eşqi eyib bilənlərə Əvhədi demişdir:
-Eşqi heç də özümüzə eyib hesab etmirik, bu yolda bizdən əvvəlkilər də çalışmışlar, biz də çalışırıq.
 

 

Məşhurlar necə sevib-seviliblər (I yazı)

Yaxşı Aşıq
Deyirlər ki, Sarı Aşıq sevgilisi Yaxşı ilə deyişərmiş.
Bir gün Yaxşı Sarı Aşığa belə bir bağlama deyir:
Mən Aşıq o daşdan,
O kirpikdən, o qaşdan.
Aşıq, sənə deyirəm
Mənə don tik o daşdan.

Sarı Aşıq da sevgilisinə belə cavab vermiş:
Mən Aşıq o daşdan,
O kirpikdən, o qaşdan.
Sən qumdan sapını çək,
Mən don tikim o daşdan.

Sarı Aşığın Güləbürd kənd qəbiristanlığındakı qəbri üzü qibləyə yox, sevgilisi Yaxşının qəbrinə tərəfdir. Qəbri Sarı Aşığın vəsiyyətinə əsasən belə etmişdilər:

Aşiqi tərsinə qoy!
Tər sinə, tərsinə qoy!
Yaxşının qibləsinə,
Aşiqi tərsinə qoy.
 

Məşhurlar necə sevib-seviliblər (I yazı)

M.P.Vaqif
Məşhurlar necə sevib-seviliblər (I yazı)Vaqifin iki arvadı olmuşdur. Birincinin adı Mədinə, ikincisinin adı Qızxanım imiş Mədinə öldükdən sonra şair ikincisi ilə evlənmişdir. Bu ölüm şairi bərk mütəəssir etmişdir. O dövrün Qazax şairlərindən İsrafil bu hüznə mərsiyə də yazmışdır:

Biçarə Vaqifin, Molla Pənahın,
Hayıf oldu Mədinəsi yıxıldı.

İbrahim xan Quba xanı Fətəli xanın Şuşaya hücum edə biləcəyini təxmin edirmiş və buna görə qoşunu ilə Əsgəranda dayanmışdı. Vaqif də İbrahim xanın vəziri kimi, sözsüz ki, onun hüzurunda olmalı idi. Amma cismi xanın yanında olsa da, fikri-zikri Şuşada Mədinəsinin yanında imiş. Hicran o qədər güc gəlir ki, dözməyib bir qoşma yazır
Şair qoşmanı bitirdikdən sonra xidmətçisini dəvət edir və bərk-bərk tapşırır:
- Atını yəhərlə, çap Qalaya(Şuşa), heç yerdə dayanma. Bu kağızı Mədinə xanıma ver, qayıt.
Çapar da Vaqifin tapşırdığı kimi atını hazırlayıb yola düşür və kağızı Mədinə xanıma verir. Mədinə xanım da oxuyan kimi cavabını yazıb elə həmin çaparla da geri qaytarmışdı:

Ahular mələr gələr, 
Dağları dələr gələr.
Yar yarını istəsə,
Gecəni yarar gələr.

Vaqif də cavab məktubunu oxuyan kimi dərhal atına qalxıb Qalaya – Mədinəsinin görüşünə getmiş, sevgisini isbatlamış, gecəykən də geri dönmüşdür.

Ağabəyim ağa
Bir gün iran hökmdarı Fətəli şah Ağabəyim ağadan xəbər alır:
-Məni sevirsənmi?
Qız cavab verir:
-Bir ürəkdə iki məhəbbətə yer ola bilməz.
Şah pərt olur və qeyzlə Ağabəyim ağaya tərəf çevrilərək deyir:
-Mənim ürəyimdə beş yüz qadın yaşayır.
Ağabəyim ağa da istehza ilə cavab verir:
-Sürü yatağı ilə məhəbbət odasının fərqi çox böyükdür.
 
Seyid Əbülqasim Nəbati
Şair Nəbat adlı bir qıza vurulur. Lakin qızı ona vermirlər və o da bundan sonra əvvəl "Məcnun”, sonra isə "Nəbati” təxəllüsünü qəbul edib, nakam eşqi haqqında çoxlu şeirlər yazır. Onlardan biri də belədir:
Sənsiz, ey gül, könlümün bir dəm qərarı yoxdu, yox! 
Səndən özgə neyləsin, bir qəmküsarı yoxdu, yox! 

Dərdi-hicrin çarəsin hərçənd bildim səbr imiş, 
Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox! 

Leyli! Leyli! – söyləyib çoxlar deyir kim, aşiqəm,
Leyk Məcnun tək onun bir dağdarı yoxdu, yox!

Hər xəzanın bir baharı onsuz olmaz, olmasın, 
Bu çöl olmuş gülsitanın bir baharı yoxdu, yox! 

Gülləri, bülbülləri, abü havası çox gözəl, 
Heyf kim, bu gülşənin bir gül’üzarı yoxdu, yox!

Hiç eybin yox, gözəllik hamı səndə cəmdir, 
Neyləyim amma ki, əhdin e’tibarı yoxdu, yox!

Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzü şəb?
Mən bu dağı çox dolandım, bir şikarı yoxdu, yox!

Məşhurlar necə sevib-seviliblər (I yazı)

Davamı var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz