» » Şahmatçı qadınlarımız Avropa çempionatında mübarizəni davam etdirirlər

Şahmatçı qadınlarımız Avropa çempionatında mübarizəni davam etdirirlər

Şahmatçı  qadınlarımız Avropa çempionatında mübarizəni davam etdirirlər

Avqustun 19-da Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 10-cu turunun oyunları keçirilib.

Artıq çempionatın son turlarında mübarizə daha da gərginləşir. Təmsilçilərimiz Gülnar Məmmədova Aleksandra Maltsevskaya (Rusiya), Günay Məmmədzadə Lara Şulze (Almaniya), Xanım Balacayeva Yekaterina Pavlidou (Yunanıstan), Xəyalə Abdulla Stephanie Matasaruya (Rumıniya) qalib gəliblər. Gövhər Beydullayeva Olqa Qirya (Rusiya), Turkan Məmmədyarova Anna Gvantseladze (Rusiya), Ülviyyə Fətəliyeva Qerqana Peiçeye (Avropa Şahmat İttifaqı), Ayan Allahverdiyeva Louise Başilina (Almaniya) ilə heç-heçə ediblər. Zeynəb Məmmədyarova Lilit Mkrtçyan (Ermənistan), Nəsrin Babayeva Dina Belenkayaya (Rusiya) uduzublar.

Qitə çempionatının başa çatmasına 1 tur qalmış G.Məmmədova 6-cı, G.Məmmədzadə 11-ci, G.Beydullayeva 26-cı, X.Balacayeva 31-ci, Ü.Fətəliyeva 38-ci, Zeynəb Məmmədyarova 59-cu, T.Məmmədyarova 67-ci, X.Abdulla 71-ci, N.Babayeva 88-ci, A.Allahverdiyeva 101-ci yerdədirlər.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Mənbə: İnternet resursları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.