» » Türkiyədə ən çox qazanan işlərdən biri - toyuq yetişdirilməsi və yumurta istehsalı

Türkiyədə ən çox qazanan işlərdən biri - toyuq yetişdirilməsi və yumurta istehsalı

Müəllif: Anaveusaq.az от 2-08-2021, 16:40
Türkiyədə ən çox qazanan işlərdən biri -  toyuq yetişdirilməsi və yumurta istehsalı

Gəlir gətirən bir işə başlamısınız, amma hansı işi seçəcəyinizi bilmirsiniz? Gələcəkdə sizə uğr qazandıracaq bir ilə bağlı  fikirlərə ehtiyacınız varmı? Ən gəlirli ticarətlə maraqlanırsınızmı? Cavabınız "bəli” olarsa, sizin üçün hazırladığımız perspektivli biznes fikirlərinə nəzər salmağı təklif edirik.

Hər il dünyada bir çox sahibkar milyonlarla kiçik müəssisə açır.  Amma  açılan 10 müəssisədən 8 -nin uğursuz olurvə və sonda da bağlanır. 

Belə uğursuzluqların arxasında bir çox səbəb ola bilər: maliyyə çatışmazlığı və ya rəqabət üstünlüyünün olmaması və sair. Ancaq əsl həqiqət budur ki, yeni işə başlayanda, sənayedə ən son tendensiyaları izləməyə çox vaxt laqeydlik edirik. Gələcəyə yönəlmiş bir yanaşma qəbul etmirik və bəlkə də buna görə uğursuzluğa  düçar oluruq.    Ciddi davamlı və gəlirli bir işə sahib olmaq istəyirsinizsə, son onilliyin və bu günün iş tendensiyalarını araşdırmalısınız. İnsanların həm indi, həm də gələcəkdə qarşılaşa biləcək problemlərini təhlil edin. Bu problemləri həll edə biləcək unikal və əlverişli fikirlər ortaya qoymalısınız.

2016 -cı ilin əvvəlində Dünya İqtisadi Forumu  bir hesabat dərc etdi. Hesabata bəzi sosial-iqtisadi məqamlar, əhalinin paylanması məlumatları və bir çox texnoloji  tendensiyalar   daxil idi.

Beləliklə, biz sizə başlayacağınız işdə uğur qazanmaq üçün gələcəyin ən parlaq və ən gəlirli biznes fikirlərini sadaladıq.

Gündən -günə sağlam qidalanmaya daha çox əhəmiyyət verən insanlar qırmızı ət əvəzinə ağ ətə üstünlük verməyə başladılar. Son iyirmi il ərzində toyuq və yumurta istehlakı bütün dünyada davamlı artım tendensiyasında olmuşdur. Şübhə yoxdur ki, bu vəziyyət toyuqçuluğu ən gəlirli işə çevirir. Türkiyədə son 10 ildə təxminən 200 % artan quşçuluq sənayesinin önümüzdəki 10 ildə sürət qazanaraq artacağı gözlənilir.

 
 
 
Mənbə : İnternet resursları

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.