Bu gün tarixdə ilk dəfə olaraq Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirildi
Müəllif: Vüsal от 12-06-2021, 20:00
Məlum olduğu kimi, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunur. Bu münasibətlə Olimpiya stadionunda açılış mərasimi keçirildi. Tarixdə ilk dəfə olaraq Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirildi. Uelslə İsveçrə komandaları qarşılaşdılar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionuna keçirilən Uels-İsveçrə matçına baxıblar.
Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə - Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması olaq.
Artıq matç arxada qalmışdır. Uels-İsveçrə matçı gərgin mübarizə şəraitində keçsə də, ilk 45 dəqiqədə qapılar qolsuz qaldı. Yalnız matçın 49-cu dəqiqəsində İsveçrə millisinin hücumçusu Breel Embolo komandasına ilk qolun sevincini yaşatdı.
Bu qol hər iki tərəf üçün oyunu daha gərginləşdirdi: həm Uels futbolçuları, həm İsveçrə futbolçuları inamla mübarizə apardılar. Nəhayət,hücumlarının sayını artıran Uels komandasının oyundaşı Kieffer Mur 74-cü dəqiqədə sərrast zərbə ilə hesabı bərabərləşdirdi.
Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol isə videonəzarət sistemində baxıldıqdan sonra qeydə alınmadı. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı.
Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması olacaq.
Oxşar postlar:
- UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşması ilə bağlı fikirlərim
- “DÇ 2018”: Fransa millisi ikinci dəfə dünya çempionu adını qazanıb
- Serbiyanın qadın voleybolçuları Avropa çempionu adını qazanıblar
- Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
- Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
- Oxunub: 431
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / İdman
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar